Siyasət

AP: Gürcüstan dövlət ələ keçirilməsinin qurbanıdır

10 İyul, 2025
67

Foto: Reuters

Avropa Parlamenti iyulun 9-da Gürcüstanda “demokratik tənəzzülü və repressiyaları” qınayan qətnamə qəbul edib. 

Qətnamədə Gürcüstan dövlətinin “bir qrup tərəfindən ələ keçirilməsinin qurbanı” olduğu bildirilir və ölkədə yeni parlament seçkilərinin keçirilməsinə çağırış edilir. 

“Belə bir seçki təşkil olunana qədər, Avropa Parlamenti Gürcüstanın hazırkı birpartiyalı parlamentini və prezidentini tanımamaqda davam edəcək və Avropa İttifaqını (Aİ) və üzv dövlətləri “Gürcü Arzusu” partiyasının əsas nümayəndələrinə və ölkədə demokratik geriləməyə görə məsul olan şəxslərə qarşı ikitərəfli və koordinasiyalı şəxsi sanksiyalar tətbiq etməyə çağıracaq. Avropa Parlamentinin üzvləri həmçinin Aİ-nin Gürcüstana qarşı siyasətinin dərhal audit olunmasını və Avropa Komissiyasının Aİ–Gürcüstan Assosiasiya Sazişinin icrasını yenidən nəzərdən keçirməsini tələb edirlər”, - Avropa Parlamentinin saytında dərc olunan xülasədə qeyd olunur. 

Aİ Gürcüstana 2023-cü ilin dekabrında üzvlüyə namizəd statusu verib. Lakin qurum Rusiyadan təsirlənən və avtoritar olaraq gördüyü “xarici agent” qanununu qəbul etdikdən sonra Gürcüstanın üzvlük prosesini faktiki olaraq qeyri-müəyyən müddətə dondurub və maliyyə dəstəyini kəsib.

Gürcüstanda 2024-cü ilin payızından bəri, parlament seçkiləri zamanı pozuntular və ölkə hakimiyyətinin Aİ-yə yaxınlaşma siyasətini dayandırdığını açıqlaması səbəbindən siyasi böhran davam edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Saakaşvili: Rusiya Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşır 

8 İyul 2025

Foto: Getty Images

Həbsdə olan keçmiş Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiyanın Ermənistanın əli ilə Azərbaycana hücum etməyə hazırlaşdığını deyib.  Bu barədə iyulun 8-də onun "Facebook" səhifəsindən paylaşılan bəyanatda qeyd olunub.  Saakaşvili Ukrayna hərbi kəşfiyyatının məlumatına istinad edərək deyib ki, Rusiya Azərbaycanla son gərginlik fonunda Ermənistanın Gümri şəhərindəki bazasını gücləndirir. "Bu, o demək ola bilər ki, Azərbaycanla yeni gərginliklər Kremlin tərəfindən süni şəkildə yaradılıb. Kremlin Yerevandakı Paşinyan hökumətini devirmək və onun yerinə Rusiyanın diktəsi ilə formalaşdırılmış yeni bir hökumət gətirmək, daha sonra isə bu hökuməti Azərbaycana qarşı hərbi əməliyyata cəlb etmək planı qurur", - siyasətçi iddia edib.  Saakaşvili Rusiyanın həm Ermənistana, həm də Azərbaycana...
Siyasət

Azərbaycan və Rusiya: ayrılsaq da, bərabərik... 
 

8 İyul 2025

Foto: AP

Yaranmış gərginlik iki ölkə arasında qırılma və toqquşma ilə nəticələnə bilməz Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərginliyin tədricən səngiməsi müşahidə edilir. Hələ ki Bakı və Moskva arasında bu mövzuda rəsmi təmas və müzakirə olmayıb, amma Azərbaycan tərəfinin media müstəvisində antirusiya təbliğatının “doza”sını aşağı saldığı göz önündədir. Bu səngimədə İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycandakeçirilən 17-ci zirvə görüşü də rol oynadı.    Rəsmi və iqtidara yaxın mediada məhz Xankəndidəki 4 iyul tarixli toplantı və görüşlər xüsusi qabardılaraq Rusiya ilə yaşanan problem arxa plana atıldı – şübhə yoxdur ki, “yuxarı”dan belə bir təlimat verilmişdi. Sosial mediada eyni və bənzər cümlələrlə o qədər çox paylaşım var idi...

Seçilmiş Videolar

Toplum TV loqo