Foto: Reuters
Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin haqqındakı son tənqidlərinə münasibət bildirib.
Peskov iyulun 9-da rusiyalı jurnalistlərə tənqidləri sakit qəbul etdiklərini deyib.
"Tramp, ümumiyyətlə, ifadələrində kifayət qədər sərt üsluba malikdir" “, – o qeyd edib.
“Biz onun dilindən eşidirik ki, Ukrayna münaqişəsinin nizamlanması onun əvvəldən düşündüyündən xeyli daha çətin olub. Bu, bizim əvvəldən dediyimiz məsələdir – bu problemi bir gecədə həll etmək mümkün deyil”, - Peskov əlavə edib.
Onun sözlərinə görə, Moskva Vaşinqtonun Ukrayna münaqişəsini tez bir zamanda həll etmək istədiyini görür.
“Burada fikir ayrılığı yoxdur, problemi siyasi və diplomatik vasitələrlə həll etmək arzusu var və bunu çox tez etmək istəyirlər. Lakin problemin mürəkkəbliyi buna imkan vermir. Buna görə də, siz bilirsiniz, artıq müəyyən işlər görülüb – danışıqların iki çox çətin raundu keçirilib. Biz gözləyirik ki, üçüncü raund da baş tutacaq və dialoq davam edəcək. Biz hələ də qarşılıqlı şəkildə mübadilə etdiyimiz memorandumların müzakirəsinə başlamağa ehtiyac duyuruq. Bu da çətin bir proses olacaq və bir gecədə və ya bir gündə baş verməyəcək”, – deyə Kremlin nümayəndəsi qeyd edib.
Peskov ABŞ-nin Ukraynaya silah tədarükünü davam etdirmək qərarına da münasibət bildirib: “Buna baxmayaraq, hələ də ümid edirik ki, Tramp və komandası Ukrayna nizamlanması prosesini siyasi və diplomatik müstəviyə gətirmək səylərini davam etdirəcək”.
İyulun 8-də kabinet iclası keçirən Tramp Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə də toxunub, Putini sərt sözlərlə tənqid edib.
“Putin tərəfindən bizə çoxlu cəfəngiyyat atılır, əgər həqiqəti bilmək istəyirsinizsə. O, daim çox mehriban görünür, amma bu, nəticə etibarilə mənasız olur”, - o deyib.
Tramp Konqresdə təqdim olunan, Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdə tutan qanun layihəsini də nəzərdən keçirdiyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto/kollaj: Toplum TV
Foto: sosial media
Hökumətyönlü mətbuatın “istintaq sirləri”: Sızdırılma, yoxsa təxəyyül məhsulu?
Qaçaqmalçının yekəsi
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb
Azər Qasımlı həbsdə qaldı