Foto: sosial media
İyunun 11-də Biləsuvar Rayon Məhkəməsində Müsavat Partiyasının 3 üzvünə azadlıq məhrumetmə cəzası verilib.
Partiyadan verilən məlumata görə, Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli və Qoşqar Nuralı 2 il 3 ay, partiya üzvü Cabir Vəliyev isə 2 il azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin “xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə” maddəsilə ittiham olunublar.
Partiya bildirib ki, məhkəmə fəalları “siyasi ayrı-seçkilik nümayiş etdirərək, məhz müsavatçı olduqlarına görə” həbs edib.
Həbs cəzasına səbəb ötən il dekabrın 31-də Müsavat Partiyasının Biləsuvar rayon təşkilatının rayon ərazisindəki ictimai iaşə obyektlərinin birində keçirdiyi bayram yığıncağında insident baş verməsi olub.
“Müsavat Partiyası Biləsuvar təşkilatının fəallığını həzm edə bilməyən yerli hakimiyyət orqanlarının sifarişi ilə həmin gün partiya fəallarına qarşı təxribat təşkil edilmiş, onlara qarşı cinayət işi qaldırılmışdı. Təxribat zamanı Ələddin Ələsgərliyə xəsarət yetirildiyi rəsmi tibbi ekspertiza tərəfindən təsdiq edilsə də, məhkəmə, təxribatçını cərimələməklə kifayətlənmiş, müsavatçıların barəsində isə heç bir əsas olmadan azadlıqdan məhrum olunmaları barədə sifarişli hökm çıxarmışdır”, - bəyanatda bildirilir.
Partiya hökmü Azərbaycanda repressiyaların davamı kimi qiymətləndirib və fəalların dərhal azadlığa buraxılmasını tələb edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Toplum TV
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
"Abzas Media işi”: “İstintaq Kekalovun ifadəsini almamış, necə onun ifadəsini əsas götürərək Ülvi Həsənlini həbs edib?”
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Ruslan İzzətli oğluna məktub yazıb: “Fərqli düşünməyin cəzası həbsxanadır”