Toplum TV
Müsəlman Birliyi Hərəkatının (MBH) daha bir üzvünə həbs cəzası verilib.
Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə həbsdə olan MBH üzvü Elgiz Məmmədova hökm oxunub.
Yaxınlarının yaydığı məlumata görə, hakim Telman Hüseynovun sədrlik etdiyi məhkəmə fəala 3 il azadlıqdan məhrumetmə cəzası verib.
O, Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirli bilinib.
Dövlət ittihamçısı isə E.Məmmədova 5 il həbs cəzası istəyib.
Elgiz Məmmədov ötən il iyunun 10-da həbs olunmuşdu. O, ittihamı rədd edir, həbsinin siyasi motivli olduğunu deyirdi.
Sədri Taleh Bağırzadə də daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onların bir qismi 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı, əksəriyyəti isə sonradan narkotik ittihamı ilə həbs olunub. Onların heç biri özünü təqsirli bilmir.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycanda siyasi məhbusların böyük hissəsini inanclı fəallar təşkil edir. Onların may ayı üzrə hazırladığı siyasi məhbus siyahısında ümumilikdə 328 nəfərin adı yer alıb. Həmin şəxslərdən 182-si inanclı fəallardır.
Azərbaycan hökuməti isə ölkədə heç kimin siyasi və ya dini baxışlarına görə həbs olunmadığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib
Foto: Toplum TV
“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’
Toplum TV
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir