Məhkəmə

Nərgiz Muxtarova: “Mənbəyi bəlli olan pul necə cinayət yolu ilə əldə oluna bilər?”

13 mart, 2026
435

Foto: Əkinçi

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan vətəndaş cəmiyyəti fəalı Nərgiz Muxtarovanın növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin özü ifadə verib. O, irəli sürülən ittihamlara dair heç bir sübut olmadığını qeyd edib. 

N.Muxtarova bildirib ki, ittiham aktında iddia olunan kimi qrant almayıb, sadəcə xidməti müqavilə əsasında işlər görüb və bu işlər üçün maliyyə ABŞ Dövlət Departamentindən ayrılıb.

“İttihamlardan biri cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılmasıdır. Mənbəyi bəlli olan pul cinayət yolu ilə necə əldə oluna bilər?”, - o sual edib. 

O, "bir qrup şəxslə əlbir olub cinayət törətməsi" barədə ittihama da münasibət bildirib və deyib ki, ittiham aktında həmin şəxslərin kimliyinə aydınlıq gətirilməyib. 

Növbəti məhkəmə prosesi aprelin 8-ə təyin olunub. 

"QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, "Seçki Müşahidə" Alyansının icraçı direktoru Məmməd Alpay və "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov saxlanılıb. H.Həsənov sonradan ev dustaqlığına buraxılıb. 

Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham irəli sürülüb. 

Apreldə isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamlarla həbs edilib. Z.Zəki bu il martın 11-də 7 il yarım həbs cəzası alıb. Digər vətəndaş cəmiyyəti üzvü Aygül Pəncəliyevaya isə 2 il şərti cəza verilib. 

İqtisadçı Qalib Bayramov, hüquq müdafiəçisi Nərgiz Muxtarova və ABŞ-nin “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib

9 noyabr 2026

Foto: Toplum TV

Bakıda “Qış parkı”nın salınması zamanı sökülən evlərlə bağlı daha bir qrup vətəndaşın şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) kompensasiya məbləğini müəyyənləşdirib. “Azadlıq Radiosu” yazır ki, noyabrın 3-də açıqlanan qərara əsasən, Azərbaycan hökuməti mülkiyyət hüquqları pozulmuş 13 ərizəçiyə ümumilikdə 751 min 250 avro təzminat ödəməlidir. Kompensasiya alacaq şəxslər arasında Ağ Partiya sədri Tural Abbaslının anası Başxanım Abbasova da var. Məhkəmənin qərarına əsasən, ona dəymiş maddi ziyana görə 104 min 500 avro, mənəvi ziyana görə isə 3 min avro ödənilməlidir. AİHM bu iş üzrə ilk qərarını 2025-ci ilin fevralında çıxarıb. Həmin qərarda 13 ərizəçinin mülkiyyət hüququnun pozulduğu müəyyən edilib. Məhkəmə qeyd...
Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...

Seçilmiş Videolar

Toplum TV loqo