Məhkəmə

Prokuror "Abzas"çılara 11-12 il cəza istəyib

20 May, 2025
57

Abzas Media

"Abzas Media işi" üzrə keçirilən növbəti məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün cəzalar istəyib. 

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edib.

Prokuror "Abzas Media"nın direktoru Ülvi Həsənlinin, araşdırmaçı jurnalist Hafiz Babalının və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadənin 12 il, "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının, koordinatoru Məhəmməd Kekalovun, jurnalistlər Nərgiz Absalamovanın və Elnarə Qasımovanın isə 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 10-da davam edəcək. 

“Abzas Media işi” üzrə medianın təsisçisi və direktoru Ülvi Həsənli, koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova və “Azadlıq Radiosu”nun jurnalisti Fərid Mehralızadə mühakimə olunurlar. 

İlkin olaraq onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə üzrə ittiham edilirlər.

Jurnalistlər korrupsiya araşdırmaları və fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə hökm oxunub

21 May 2025

Foto: Müdafiə Nazirliyi

Mayın 21-də Bakı Hərbi Məhkəməsində hərbi hissədə 143 milyon manat mənimsənilməsi ilə bağlı işdə təqsirləndirilən şəxslərdən birinə hökm oxunub.  Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin keçmiş maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlu 11 il azadlıqdan məhrum edilib.  Novruzlu son sözündə özünü qismən təqsirli bildiyini, yalnız yüksək rütbəli şəxslərin tapşırığını yerinə yetirdiyini deyib.  İş üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.  Təqsirləndirilən şəxslərin hər...
Məhkəmə

İctimai fəalın 30 sutka həbs olunduğu deyilir

21 May 2025
İctimai fəal və müəllim Dəyanət Çələbinin inzibati qaydada həbs olunduğu bildirilir.  Bu barədə "Politfm" xəbər yayıb. Qeyd olunur ki, o, polisə müqavimət göstərməkdə ittiham olunaraq Xətai rayon Məhkəməsi tərəfindən 30 sutkalıq inzibati həbs olunub.  Sosial şəbəkələrdə aktivliyi ilə bilinən D.Çələbi siyasi motivlərlə həbs olunan jurnalist və fəallara azadlıq tələb edirdi. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 nəfər siyasi məhbus var. Rəsmilər isə bir qayda olaraq ölkədə siyasi motivli həbslər olmadığını deyirlər.  Beynəlxalq insan haqları təşkilatları, ABŞ Dövlət Departamenti isə hökuməti haqsız həbs olunanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

Seçilmiş Videolar

Toplum TV loqo