Məhkəmə

İqbal Əbilovun atası: “Oğlum ’kars’a salınıb, işgəncəyə məruz qalıb”

13 İyul, 2026
56

sosial media

Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BİT) işgəncəyə məruz qaldığı deyilir.

Bu barədə "Toplum TV”-yə tədqiqatçının atası Şahin Əbilov məlumat verib. Onun sözlərinə görə, İqbal Əbilov bu barədə iyulun 13-də Qaradağ Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında danışıb.

"Oğlum iclasda bildirib ki, iyulun 7-də Yasamal Rayon Məhkəməsinə üzərində istiqlal şairi Əli Nasirin "Millət öz başını itirən günü, qazanır yurdunun ölüm hökmünü" misraları yazılmış köynək geyindiyi üçün cərimə kamerasına ("kars"a) salınıb. Onun qollarını dəmir çarpayıya bağlayıblar, nəticədə bədəninin müxtəlif nahiyələrində göyərmələr və ağır xəsarətlər əmələ gəlib", - deyə Şahin Əbilov bildirib.

Onun sözlərinə görə, işgəncə BİT-in rəis müavini Cavid Güləliyevin rəhbərliyi altında həyata keçirilib:

"İyulun 9-da görüş günü idi, amma bizi görüşə buraxmadılar. Sonra vəkillərimizdən xahiş etdik ki, onlar getsinlər. Lakin vəkilləri də qanunsuz olaraq görüşə buraxmadılar. Bu gün məhkəmədə aydın oldu ki, oğlum işgəncəyə məruz qalıb”.

Şahin Əbilov bildirib ki, iyulun 13-də keçirilən məhkəmə prosesi İqbal Əbilovun Umbakı Penitensiar Kompleksində iradəsi əleyhinə iki dəfə rentgen müayinəsindən keçirilməsi, buna etiraz etdiyinə görə fiziki zorakılığa məruz qalması və etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoyulması iddiaları ilə bağlı olub.

"Oğlum rentgen müayinələrinə məcbur edilib. Halbuki həkim rəyinə əsasən buna ehtiyac olmayıb. Bu səbəbdən Penitensiar Xidmətin 14 saylı Müalicə Müəssisəsinin müdir müavini Ramin Əkbərovdan məhkəməyə şikayət etmişdik. Ramin Əkbərov özü iclasa gəlmədi. İclas qapalı keçirildi, valideynlər buraxılmadı. Yalnız vəkilimiz Rövşanə Rəhimli iştirak etdi", - deyə Şahin Əbilov bildirib.

İqbal Əbilovun atası qeyd edib ki, məhkəmə şikayəti təmin etməyib. Onun sözlərinə görə, müdafiə tərəfi qərardan apellyasiya şikayəti verəcək.

İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.

Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar -xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub. 

İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Akif Qurbanov: “İlham Əliyev Qurana, konstitusiyaya əl basır, sonra hüquqların pozulmasını tapşırır”

13 İyul 2026

Toplum TV

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.  Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ittihama etiraz etmək üçün çıxış edib. O, bir daha cinayət işinin siyasi sifarişli olduğunu bildirib.  “Baş prokuror Kamran Əliyev İlham Əliyevin bir sözünü iki eləmir. Bu baxımdan, burada dövlət ittihamçısı mövqeyində çıxış edən Rauf Malışovun da çıxışında hüququn aliliyini rəhbər tutmaması təəccüb doğurmur. Baxmayaraq ki, Azərbaycan beynəlxalq təşkilatlara üzv olanda üzərinə hüququn aliliyinin qorunması barədə öhdəliklər götürüb, Əliyev administrasiyası onları yerinə yetirməkdən açıq yayınır”,...
Məhkəmə

Zabil Qəhrəmanovun vəkilinin vəsatətləri təmin olunmayıb

10 İyul 2026

Sosial media

İyulun 10-da Gəncə Şəhər Məhkəməsində həbsdə olan vəkil Zabil Qəhrəmanovun ittiham olunduğu iş üzrə hazırlıq iclası keçirilib.  APA-nın xəbərinə görə, hakim Ülkər Babazadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Səadət Seyidlinin verdiyi vəsatətlərə baxılıb.  S.Seyidli əvvəlki prosesdə cinayət işinə xitam verilməsi, bu olmadığı təqdirdə Z.Qəhrəmanov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi xahişilə vəsatətlər vermişdi.  Məhkəmə vəsatətləri təmin etməyib.  Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası iyulun 23-nə təyin edilib. Zabil Qəhrəmanov ötən ilin oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb. Sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb.  Hazırda Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci...

Seçilmiş Videolar

Toplum TV loqo