Dünya

Tramp Hörmüzdə gəmiləri qorumağa görə ödəniş istəyir 

14 İyul, 2026
112

The White House

ABŞ prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazına nəzarəti tamamilə ələ keçirəcəyini deyib. 

O, iyulun 13-də sosial media hesabında yazıb ki, boğazdan təhlükəsiz keçidin təmin olunmasına görə digər ölkələr ABŞ-yə ödəniş edəcəklər. 

"ABŞ bundan sonra “Hörmüz boğazının mühafizəçisi” kimi tanınacaq. Lakin bu vəzifəni yerinə yetirməsi müqabilində və ədalət prinsipi əsasında, bu son dərəcə həssas bölgədə təhlükəsizlik və mühafizəni təmin etmək üçün çəkilən bütün zəruri xərclərin əvəzini almaq məqsədilə, daşınan bütün yüklərdən 20% həcmində ödəniş alacağıq. Bu prosesin həyata keçirilməsinə və təşkilinə dərhal başlanılacaq", - o qeyd edib. 

Tramp "20 faiz" dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib. CNN-ə danışan analitiklər deyir ki, burada hər gəmidəki malların dəyərinin 20 faizi, yaxud ABŞ-nin boğazdakı toplam müdafiə xərclərinin 20 faizi nəzərdə tutula bilər. 

"Biz boğazı 50 il mühafizə etmişik, amma buna görə ödəniş almamışıq. Biz insanlarımızı təhlükəyə atmağın bədəlində ödəniş istəyirik", - deyə Tramp sosial media paylaşımından öncə "Fox News"a müsahibəsində deyib. 

Tramp paylaşımında ABŞ-nin daha əvvəl İran limanlarına tətbiq etdiyi blokadanın da yenidən qüvvəyə mindiyini bildirib. 

İran tərəfi ABŞ ilə atəşkəsin pozulması fonunda iyulun 11-dən etibarən Hörmüzü qapalı elan edib. 

İranın xarici işlər naziri Seyid Abbas Əraqçı "X" səhifəsində Trampın digər ölkələrdən ödəniş istəməsinə ironiya ilə cavab verib. 

"ABŞ prezidenti tamamilə haqlıdır. Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidini təmin edən hər kəs bu xidmətə görə kompensasiya almalıdır. İran həmişə Hörmüz boğazının mühafizəçisi olub və əbədi olaraq da belə qalacaq. Əlbəttə ki, 20 faiz həddindən artıq çoxdur. Biz daha ədalətli olacağıq", - o yazıb.

Fevralın sonunda ABŞ və İsrailin İrana hücumları başlayandan sonra İran Hörmüzü əksər ölkələrin tankerlərinə bağlayıb. 

İyunun 17-də isə ABŞ və İran arasında münaqişəni bitirmək üçün anlaşma memorandumu imzalanıb. Sənəddə Hörmüzün açılması da nəzərdə tutulsa da, bu yaxınlarda atəşkəsin pozulması ilə boğazdan keçid yenidən bağlanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Dünya

Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”

21 Oktyabr 2026

whitehouse

ABŞ Dövlət Departamenti Donald Trampın 2025-ci ilin yanvarında prezidentliyə qayıtmasından bəri 300 mindən çox vizanın ləğv edildiyini açıqlayıb. Departamentin məlumatına görə, vizaların ləğvi son həftələrdə sürətlənib. Dövlət Departamenti avqustun 10-da yayımladığı əvvəlki məlumatda həmin göstəricinin 175 mindən çox olduğunu bildirmişdi. Tramp 2025-ci ildə imzaladığı sərəncamda bildirirdi ki, “ABŞ-nin siyasəti ölkə vətəndaşlarını terror aktı törətmək niyyətində olan, milli və ictimai təhlükəsizliyə təhdid yaradan xarici vətəndaşlardan qorumağa” yönəlib. Departamentin sözçüsü Tommi Piqott administrasiyanın əvvəlki hökumətlərlə müqayisədə daha çox vizanı və daha sürətli ləğv etdiyini deyib. “Viza ilə ABŞ-də olan, qanunları pozan, dələduzluq edən və ya milli təhlükəsizliyimizə təhdid yaradan xarici vətəndaşlara qarşı...
Dünya

ABŞ vitse-prezidenti Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu deyib

20 Oktyabr 2026

sosial media

ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əleyhinə olduğunu bildirib. Vens bu barədə “2WAY” portalına müsahibəsində danışıb. “Ukrayna NATO-nun üzvü deyil. Düşünmürəm ki, onlar NATO-ya üzv olmalıdırlar”, - vitse-prezident deyib. O, Ukraynanı ABŞ-nin müttəfiqi adlandırmaqdan da çəkinib. Vensin sözlərinə görə, Kiyev Vaşinqtonun müəyyən mənada tərəfdaşıdır, lakin iki ölkənin maraqları hər zaman üst-üstə düşmür. Vitse-prezident buna nümunə kimi Ukraynanın Rusiyanın neft emalı müəssisələrinə endirdiyi zərbələri göstərib. “Ukraynanın Rusiya dizel yanacağı istehsalı obyektlərinə zərbələr endirməsini və bunun amerikalılar üçün enerji qiymətlərini artırmasını düzgün hesab edirəmmi? Xeyr”, - Vens bildirib. O, ABŞ-nin Ukrayna ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığı davam etdirəcəyini,...

Seçilmiş Videolar

Toplum TV loqo