Məhkəmə

Ruslan İzzətli: “Ziyalıların çoxu şəxsi maraqlara görə məmləkətin uçuruma getməsinə susur”

30 May, 2025
147

Foto: sosial media

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır:

Respublika dəyərlərinin hakim olduğu ölkələrdə siyasətçilər siyasi meydanlarda, seçki proseslərində, media quruluşlarında xalqa müraciət edir. Respublika dəyərlərinin boğulduğu ölkələrdə isə siysətçilər həbsxanalardan xalqa müraciət edir. 

Həbsxana mənim üçün həm də siyasətçinin inzivaya çəkildiyi yerdir. Düşünmək, analiz etmək, gələcəyi daha yaxşı inşa etmək üçün inziva önəmlidir. Təbii ki, kimisi bu inzivadan özünü, davasını inkar edərək çıxır, kimisi də qaranlığa qərq olmuş məmləkətin aydınlığa çıxması üçün daha enerjili və əzmli çıxır.  

Dövlətimizin qurucu lideri Məhəmməd Əmin Rəsulzadə bizim üçün həm də dönməzlik simvoludur…
Həbsxanada keçirdiyim ikinci Respublika bayramı günümü sizinlə bölüşmək istəyirəm.

Kürdəxanı Təcridxanası 8 kvadrat metrlik kamerada 2 nəfər qalırıq. 28 may günü də adəti üzdə saat 07:00-da oyanıram. Öncə kameramızı səliqəyə salırıq. Kameramızı səliqəyə salmaq bu dəfə daha uzun çəkir. Bayram təmizliyi çərçivəsində kitab şkafımı səliqəyə salıram, paltarlarıma yenidən göz gəzdirirəm. Təmizlikdən sonra geyinəcəyim paltarı ayırıb kənara qoyuram.

Təmizliyi bitirib çay dəmləyirəm. Gündüzlər qara çay, axşamlar isə yaşıl çay dəmləyirəm. Artıq 15 aydır 8 kvadratlıq yerdə yaşamaq məcbur edir ki, sağlamlığımıza diqqət edək. Çayı dəmə qoyub otaq şəraitinin verdiyi imkanlar daxilində 30-40 dəqiqə idman edib, yuyunuram.

Artıq saat 09:30-dur, həbsxana işçiləri kameramızın qapısını açıb içəri daxil olurlar. Kameramıza bitişik, təxminən 4 kvadrat metrlik gəzinti otağının qapısını açırlar. Açıq səmanı yalnız gəzinti otağının tikanlı məftillərinin arasımdan seyr etmək olur…

Stol və stulları gəzinti otağına çıxarıb səhər yeməyi hazırlayırıq. Daha sonra günlük qrafikimi ardıcıllıqla yerinə yetirirəm. Adətən günlük qrafikim dəyişmir. Yalnız ailəm, vəkilim görüşə gələndə və məhkəmə günlərində qrafikim dəyişir.

Həbsxana düşünmək, oxumaq, öyrənmək üçün yaxşı məkandır. Çünki zaman çoxdur və sən bu zamanı maksimum faydalı keçirməyə çalışmalısan. Bunun üçünsə günü qrafikə bölmək önəmlidir.

Səhər yeməyindən sonra kiçik təmizlik edib türk qəhvəsi dəmləyirəm. Həkim qəhvəni çox içməyi məsləhət görməsə də imtina edə bilmirəm. Adətən türk qəhvəsini içəndən sonra saat 11:00-dan 13:00- a qədər ingilis dili üzərində çalışırdım. Amma bu dəfə bayrama görə qrafikimi dəyişirəm və ingilis dili kitablarını axşama qrafikinə salıram.

Avropada yaşayan soydaşlarımızdan biri “Rəsulzadə belə deyirdi” adlı 4 cildlik kitab göndərib. Rəsulzadə məqalələrini müasir dilimizə uyğunlaşdırıb çap edən “Kitabıstan” nəşriyatının komandasına və mənə bu kitabı göndərən soydaşımıza təşəklür edirəm.

Günə Rəsulzadənin məqalələrini oxumaqla başlayıram. Feodal zehniyyətin hakim olduğu məmləkətdə Rəsulzadə başda olmaqla qurucu babalarımız parlamentar idarəetmənin hakim olduğu dövlət qurdular.
Bizə respublika dəyərlərini miras qoydular. Respublika insan təkamülünün gəldiyi son pillədir. 

XX əsrin əvvəllərində respublika dəyərlərinin hakim olduğu az saylı ölkələrdən biri idik. Bu gün isə respublika dəyərlərinin məhv edildiyi az saylı ölkələrdən biriyik. Respublika dəyərlərinin bərpası səndən, məndən hər birimizdən asılıdır. XX əsrin əvvəllərində ziyalılarımız millətimizin azadlığı üçün mübarizə aparırdılar. 1918-ci ildə dövlətimizin qurulması, XIX əsrin sonlarından başlayan maarifçilik hərkatının nəticəsi idi.

İndi isə şəxsi maraqlara görə bütöv bir məmləkətin uçuruma getməsinə ziyalıların çoxu susur. Təbii ki, haqsıozlığı görüb susanlara ziyalı demək olarsa…

Saat 15:00-da ailəmə zəng edirəm. Oğluma anlayacağı dildə 28 Mayın önəmini izab edirəm. Telefonla danışdıqdan sonra kamerama gəlib kitab oxumağa davam edirəm.

Saat 17:00 -da gəzinti otağının qapısı bağlanır, otağa keçirirk. Axşam yeməyi hazırlayıb olan ərzaqlarla bayram süfrəsi qururuq. Bayramın mahiyyəti süfrəmizi daha da zəngin edir…
Gecə iki saat ingilis dili ilə məşğul olub artıq dincəlirəm. 

Bayram günü qrafiki fərqli olsa da adətən günümü oxumaqla, öyrənməkıə keçirirəm. Oxuduğum kitabların adlarını və maraqlı fikirləri qeyd dəftərimə yazıram. 

Qeyd dəftərimdə oxuduğum 191 kitabın adı var.

Düşüncəmizin dəyişməsi, fərdi yox, toplum maraqlarından çıxış etmək təhsildən keçir. Çalışın gündə 2 saat kitab oxuyun. Təhsil almaq, kitab oxumaq qaranlığa qərq olmuş toplumlar üçün çıxış yoludur. 

Savadlı toplum heç vaxt yarımçıq insanların bütöv bir milləti talamasına imkan verməz. Ona görə də çıxış yolumuz olan təhsilə önəm verin, övladlarınızın yaxşı təhsil alması üçün çalışın. 

Respublika dəyərlərinin hakim olacağı məmləkətdə respublika gününü qeyd etmək diləyi ilə bayramınızı təbrik edirəm.

M. Ə. Rəsulzadə deyirdi: “Millətə hər cür fitnə fəsadın mənbəyini, onun hansı tərəfdən gəldiyini göstər. Əminik ki, o zaman millət nə edəcəyini bilər”.

Sevgi və Həqiqət qalib gələcək!


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Afiəddin Məmmədov: “Cəzaçəkmə müəssisəsində siçanlar ərzaq qutularını deşir”

30 May 2025

Foto: VOA

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədov saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir.  “İşçi Masası”ndan Toplum TV-yə bildirilib ki, Məmmədov müəssisədə “dözülməz, antisanitar” şəraitdə saxlanılır.  “Mətbəxdə siçanlar sərbəst şəkildə gəzir, ərzaq qutularını deşir və yeməkləri yeyirlər. Yatmaq üçün ayrılmış yerlərdə də siçanlar dolaşır”, - açıqlamada deyilir.  “İşçi Masası”, həmçinin, Məmmədova istinadən bildirir ki, müəssisədə normadan artıq sayda məhbus saxlanılır.  “250-dən çox məhbus üçün cəmi 4 sanitar qovşaq fəaliyyət göstərir. Nəticədə məhbuslar saatlarla növbədə gözləməyə məcbur olurlar”, - deyə qeyd olunub.  Təşkilat həbsdə olan sədrlərinin səhhətində nasazlıq olduğunu, lakin müəssisədə lazımi tibbi şəraitin olmadığını bildirir.  “Məhbuslar...
Məhkəmə

Hökumət Ayxan İsrafilovun azadlıq hüququnun pozulmasını tanıyıb 

29 May 2025

Foto: sosial media

Azərbaycan hökuməti “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Ayxan İsrafilovun azadlıq hüququnun pozulmasını tanıyıb.  Bu barədə İsrafilovun vəkili Fariz Namazlı “Facebook” səhifəsində xəbər verib.  Namazlı deyib ki, mayın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı 13 ərizəçi üzrə 4 qərar qəbul edib. Bu qərarların ikisində Məhkəmə tərəflərin dostcasına barışığını qəbul edib, iki işdə isə hökumətin birtərəfli bəyanatını qəbul edərək işləri siyahıdan çıxarıb.  Siyahıdan çıxarılan işlərin içində İsrafilovun da şikayəti yer alıb. Məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsində nəzərdə tutulmuş hüququnun (azadlıq hüququ - red.) pozuntusunu etiraf edən hökümətin birtərəfli bəyanatını qəbul edib. Aprel ayında Prezident İlham...

Seçilmiş Videolar

Toplum TV loqo