Məhkəmə

Rüfət Səfərovun işi məhkəməyə göndərilib

10 İyun, 2025
70

Foto: sosial media

Hüquq müdafiəçisi, "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə başlayır.

APA-nın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hüquq müdafiəçisi R.Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin qəsdən bədənə az ağır xəsarət yetirmə), külli miqdarda ziyan vurmaqla dələduzluq və xuliqanlıq maddələrilə ittiham irəli sürülüb.

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb.
O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 

2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Polad Aslanov həbsxanada saxlanılma şəraitindən şikayət edir 

16 İyun 2025

Foto: sosial media

Həbsdə olan jurnalist Polad Aslanov saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsindəki şəraitdən şikayət edir.  Bununla bağlı Ombudsman Aparatının nümayəndələri iyunun 15-də Aslanovla müəssisədə görüşüblər.  Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Toplum TV-yə məlumat verib.  O bildirib ki, Aslanov saxlanıldığı şəraiti Ombudsmanlıq işçilərinə “əyani şəkildə” göstərib.  “Saxlanıldığı kamerada 5 məhbus döşəmənin üzərində, məhbusların ayaqları altında yatır”, - Aslanova deyir.  Həyat yoldaşının sözlərinə görə, Aslanov Ombudsmanlıq işçilərinə bildirib ki, o, saxlanılma şəraiti ilə bağlı müəssisə rəisi Rəşad Əhədova və Ədliyyə Nazirliyinə dəfələrlə müraciət edib, lakin cavab almayıb.  Aslanova, həmçinin, həyat yoldaşının 2019-cu ildə həbs olunandan müayinə və müalicə olunmaq üçün etdiyi müraciətlərin...
Məhkəmə

Hafiz Babalı bir neçə hökumətyönlü media orqanını məhkəməyə verməyə hazırlaşır 

13 İyun 2025

Foto: sosial media

Araşdırmaçı jurnalist, “Abzas Media işi” üzrə həbsdə olan Hafiz Babalı bir sıra hökumətyönlü media orqanlarını məhkəməyə verməyə hazırlaşır.  Bu barədə məlumat iyunun 12-də jurnalistin “Facebook” səhifəsində öz əksini tapıb.  Paylaşımda bildirilir ki, H.Babalı ona “böhtan atdıqlarına görə” “Baku TV”, “Qafqazinfo”, “Report.az” və digər “dezinformasiya saytlarını” məhkəməyə verməyə hazırlaşır.  Jurnalistin vəkili Rəsul Cəfərov Toplum TV-yə açıqlamasında xəbəri təsdiqləyib.  “Qanunvericiliyin tələbinə uyğun olaraq, şəxs haqqında həqiqəti əks etdirməyən məlumatlar yayımlanarsa, təkzib verilməli, üzr istənilməli və mənəvi zərərə görə təzminat ödənilməlidir. Hafiz bəyin tələbləri bununla bağlıdır”, - o deyib.  Vəkil qeyd edib ki, hazırki mərhələdə Babalı sözügedən media orqanlarına məktublar yazıb və təkzib...

Seçilmiş Videolar

Toplum TV loqo