Məhkəmə

Şahnaz Bəylərqızı tibbi müşahidəyə götürülüb

7 Fevral, 2025
288

Toplum TV

Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. 

Bu barədə fevralın 7-də onun vəkili Bəxtiyar Hacıyev məlumat verib.

Vəkil bildirib ki, bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında Şahnaz Bəylərqızı ilə görüşüb. 

Onun sözlərinə görə, ciddi sağlamlıq problemlərilə əlaqədar Ş.Bəylərqızı tibbi müşahidəyə götürülüb.

Jurnalistin tibbi müayinəsi aparılıb, şəkərli diabetin səviyyəsini ölçmək üçün qan nümunələri götürülüb. Ş.Bəylərgızına evdən dərmanlar gətiriblər.

Toplum TV"də aparıcı və redaktor işləmiş jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) fevralın 5-də “Toplum TV” işi üzrə şübhəli şəxs qismində saxlanılıb, onun mənzilində axtarış aparılıb, evdən elektron əşyalar götürülüb.

Fevralın 6-da isə Xətai rayon Məhkəməsinin qərarı ilə jurnalist həbs edilib.

Onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, redaktor, aparıcı Şahnaz Bəylərqızı, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və Elmir Abbasov da var. Bu şəxslərdən yalnız Elmir Abbasov polis nəzarətinə verilb, qalanları haqda həbs qətimkan tədbiri seçilib.

"Toplum TV işi " üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Apellyasiya Məhkəməsi Əli Kərimlini həbsdə saxlayıb

5 Dekabr 2025

Foto: açıq mənbə

Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsindəki həbs qətimkan tədbirindən verdiyi şikayətə baxıb.  AXCP sədrinin müavini Seymur Həzinin "Toplum TV"-yə verdiyi məlumata görə, məhkəmə partiya sədri barəsində Səbail Rayon Məhkəməsinin verdiyi həbs qətimkan tədbirini qüvvədə saxlayıb.  S.Həzinin sözlərinə görə, Ə.Kərimli məhkəmədə çıxış etməkdən imtina edib və bunu məhkəmələrin "qərarverici qüvvə" olmaması ilə əsaslandırıb.  O əlavə edib ki, partiya sədri saxlanıldığından bəri istintaqa da ifadə verməyib və ittihamları absurd hesab edir.  AXCP-dən, həmçinin, bildirilib ki, məhkəmə önünə toplaşmaq istəyən onlarla partiya fəalı polis tərəfindən saxlanılıb. Onların arasında AXCP təşkilat şöbəsinin sədri Saqif Qurbanovun, Binəqədi...
Məhkəmə

Əhməd Məmmədli: “Taksidəki guya təsadüfi sərnişinlər bir-birini öncədən tanıyıblar”

4 Dekabr 2025

Foto: sosial media

Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal və “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu barədə Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb. Komitənin açıqlamasına görə, prosesdə iş üzrə hal şahidlərinin ifadələri dinlənilib. Prosesi izləməyə gedən Müsavat Partiyasının üzvü Əlikram Xurşidov bildirib ki, hal şahidlərinin ifadələri bir-birini təsdiq etmir: “Hal şahidləri Əhməd Məmmədlinin həbs olunduğu gün baş verən, dırnaqarası hadisəni bir-birindən fərqli şəkildə təsvir etdilər və əslində özlərini ifşa etdilər. Məhkəmənin gedişatı göstərir ki, Əhməd Məmmədli günahsızdır və ona qarşı irəli sürülən əsassız ittihamlar onun ictimai fəaliyyəti ilə bağlıdır”. Məlumata görə, Məmmədli çıxışında...

Seçilmiş Videolar

Toplum TV loqo