Samirə Qasımlının məsuliyyətə cəlb olunması tələbi ilə məhkəmə prosesi başlayıb
Sosial media
Aprelin 24-də Binəqədi Rayon Məhkəməsində həbsdə olan müxalif siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış şikayət üzrə hazırlıq iclası keçirilib.
S.Qasımlının "Toplum TV"-yə verdiyi məlumata görə, hakim Zamiq Bağırovun sədrlik etdiyi iclasda onun anket məlumatları dəqiqləşdirilib.
Daha sonra müdafiə tərəfi işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi üçün şifahi vəsatət verib. Bu, S.Qasımlının hazırda Yasamal rayonu ərazisində yaşaması və cinayət əməlində ittiham olunduğu sosial media paylaşımlarını oradakı evindən etməsi ilə əsaslandırılıb.
Hakim isə vəsatət yazılı şəkildə təqdim olunacağı halda ona baxılacağını bildirib. Bundan sonra proses mayın 1-ə təxirə salınıb.
S.Qasımlı vaxtilə həyat yoldaşını hədə-qorxuda ittiham etmiş Qurbanəli Yusifov tərəfindən məhkəməyə verilib.
O, siyasətçinin həyat yoldaşını Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham edir.
Q.Yusifov məhkəməyə ərizəsində iddia edib ki, S.Qasımlı "Facebook" hesabındakı paylaşımlarında onu hədələyib və böhtan atıb.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi tərəfindən Samirə Qasımlının ölkədən çıxışına qadağa qoyulub. O, daha öncə sosial media hesabında etdiyi müraciətində məhkəməyə verilməsini hakimiyyətin sifarişi adlandırıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
VOA
Toplum TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”