Məhkəmə

Məhkəmə jurnalistləri İnam Kərimova müraciət edib

10 Mart, 2025
270

açıq mənbədən götürülüb

Bir qrup məhkəmə jurnalisti Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciət edib.

“Musavat.com” saytının xəbərinə görə, onlar elektron məhkəmə portalında yaranan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirlər. 

E-mehkeme portalına məhdudiyyətlər artıq bir aydan çoxdur ki tətbiq olunur. Məhdudiyyətə əsasən, portalda məhkəmə işləri üzrə aiddiyatı tərəflərin adları göstərilmir. Jurnalistlər deyir ki, portalda məlumatların şəffaf olmaması onların işini çətinləşdirir. 

“Musavat.com” əməkdaşı İlkin Muradov bildirib ki, məhdudiyyət səbəbindən o, bütöv iş gününü bir məhkəmədə keçirir və nəticədə yalnız həmin məhkəmədə keçirilən iclaslardan xəbər tuta bilir. 

“XXI əsrdə biz irəli getməkdən geri gedirik? Bu sistem yaradılarkən əsas məqsəd sistemin hər kəsə açıq olması, şəffaflığın daha da artırılması idi. Bir çox hallarda məhkəmə bildirişləri ünvana gec gəlib çatır. Belə olan halda “Elektron məhkəmə” sistemi önəmli rol oynayırdı. Jurnalistlər məhkəmə proseslərinin vaxtı və məkanı haqda məlumat əldə edə bilirdi. İndi bu, mümkünsüz olub”, - deyə o qeyd edib. 

Muradovun sözlərinə görə, məhdudiyyətin səbəbi kimi xüsusilə kommersiya işləri ilə bağlı şirkətlərin şikayətlərini göstəriblər, amma bu, əsas deyil.

O deyir ki, bəzən də ayrı-ayrı şəxslər, xüsusilə də vəzifəli şəxslər məhkəmələrdə adlarının keçməsinin mətbuata çıxmasından narazı qalaraq şikayətlər edirlər.

Müstəqil jurnalist Aytən Məmmədova “Facebook” səhifəsində portalın Dünya Bankının maliyyəsi ilə yaradılmasına diqqət çəkib. 

“Dünya Bankının maliyyəsi ilə yaradılmış elektron sistemin ictimaiyyət üçün yalnız adı qalıb, özü yoxdur. Hakimlərin fotolarından, tərcümeyi-hallarından tutmuş, məhkəmələrdə baxılan işlərə qədər hamısını sistemdən yığışdırıblar. Bunun nəyi şəffaflıq oldu?”, - deyə o sual edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir

17 Sentyabr 2025

Foto: sosial media

"Meydan TV işi" üzrə həbs olunan jurnalist Fatimə Mövlamlı sözügedən iş üzrə ibtidai istintaqın bitməsi ilə bağlı təəssüratlarını bölüşüb.  Mövlamlının "Facebook" səhifəsində dərc olunan məktubu olduğu kimi təqdim edirik: “Milyonluq şər” "Meydan TV işi" üzrə istintaq yekunlaşdı. İstintaqın yekunlaşması bu iş üzrə həbs edilənlərə 4 sentyabrda elan olundu. Məlumunuzdur ki, adımız bir milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə, yetmiş doqquz min manatdan artıq vergi borcunda hallandırılır. Hər birimiz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yeddi ayrı maddəsi ilə ittiham edilirik. İttihamları oxuduqca özümü gülməkdən saxlaya bilmirdim. Doğrudan, iş o qədər bərbad və reallıqdan uzaq qurulub ki, məndə hiddət belə doğurmur, sadəcə...
Məhkəmə

“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb

16 Sentyabr 2025

Foto: açıq mənbə

Sentyabrın 16-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. "Meydan TV"-nin xəbərinə görə, ayrı-ayrılıqda icra olunan proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.  2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib. Saxlanılan jurnalistlərin...

Seçilmiş Videolar

Toplum TV loqo