Foto: AFP
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran və İsrail atəşkəs barədə razılığa gəlib.
Onun sözlərinə görə, altı saatdan sonra hərbi əməliyyatlar 12 saatlıq dayandırılacaq və bundan sonra “müharibə başa çatmış hesab olunacaq”.
Tramp bildirib ki, “24 saat ərzində dünya 12 günlük müharibənin rəsmi başa çatmasını alqışlayacaq”.
O əlavə edib ki, razılaşma hər iki tərəfin əvvəlcədən başlamış hərbi əməliyyatlarını başa çatdırmasından sonra qüvvəyə minəcək.
“Bu müharibə illərlə davam edə bilərdi və bütün Yaxın Şərqi məhv edə bilərdi, amma bu baş vermədi və heç vaxt da baş verməyəcək”, – deyə Tramp özünün “Truth Social” platformasında yazıb.
O həmçinin qeyd edib ki, İsrail və İran ona “demək olar ki, eyni anda” müraciət edərək sülh istədiklərini bildiriblər.
“Mən bilirdim ki, zaman yetişib. Sülh və Yaxın Şərq – əsl qaliblərdir!”, – deyə Tramp qeyd edib.
Trampın fikrincə, İsrail və İran “çox şey qazana bilər, amma doğru və haqq yoldan çıxarlarsa həm də çox şey itirə bilər”.
Bundan bir neçə saat sonra, İranın İsrailə raket zərbəsi endirməsi ilə bağlı xəbərlər yayıldıqda Tramp hər iki ölkəyə müraciət edib:
“Atəşkəs qüvvəyə minib. Xahiş edirəm, onu pozmayın!”.
“New York Times” xəbər verir ki, atəşkəs razılaşması Qətərin vasitəçiliyi ilə əldə olunub – məhz Qətər ABŞ-ın sülh təklifini İrana çatdırıb.
Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir rəsmi razılaşma yoxdur. Lakin o, qeyd edib ki, İran ordusunun döyüş əməliyyatları yerli vaxtla səhər saat 4:00-da dayandırılıb.
İsrail Müdafiə Ordusunun nümayəndəsi isə 24 iyun səhəri atəşkəslə bağlı xəbərləri şərh etməkdən imtina edib.
24 iyun səhər saatlarında İran İsrailə atəş açmağa davam edib. Raketlərdən biri Bеer-Şeva şəhərində yeddi mərtəbəli yaşayış binasına düşüb.
Ölənlər var, xilasetmə işləri davam etdirilir
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: #
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: Getty Images
"Reuters": Rusiyanın neft-qaz gəlirləri 2020-ci ildən bəri ən aşağı həddə düşəcək
Foto: Reuters
Bəylər Eyyubovun qardaşı oğlu həbs olunub
"Toplum TV işi": Hakim Azər Tağıyevin prosesdən uzaqlaşdırılması istənib
ABŞ-də 37 yaşlı qadın miqrasiya polisi tərəfindən güllələnərək öldürülüb
"Meydan TV işi" üzrə məhkəmə davam edir: Nurlan Libre müddətsiz aclığa başlayıb
Azərbaycan quru sərhədlərini niyə açmır?