Məhkəmə

Üç ay əvvəl azadlığa çıxan inanclı fəal yenidən narkotik ittihamı ilə həbs edilib

19 mart, 2026
309

Foto/kollaj: Toplum TV

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü, 3 ay öncə həbsdən çıxmış Samir Babayev yenidən həbs olunub. 

MBH-nin yaydığı, S.Babayevə aid olduğu deyilən səs yazısında fəal bildirir ki, martın 6-da işə gedərkən polis tərəfindən saxlanılıb. 

“Sabunçu Rayon Polis İdarəsi tərəfindən yoldan oğurlanmışam. Yolda maşının içində məni boğaraq işgəncə veriblər. Sonradan polis bölməsində boynuma qoyulan narkotik ittihamını qəbul etmədiyim üçün yenidən döyüblər. Daha sonra müvəqqəti saxlanma yerinə aparıblar, orada da önümə qoyulan kağıza imza atmadığıma görə işgəncə veriblər. Ayın 7-də isə məhkəmə önünə çıxarılmışam. Vəkillə təmin olunmadığıma görə arxamı çevirərək etiraz etmişəm. Proses bitəndən sonra məni məhkəmənin sanitar qovşağına apararaq yenidən döyüblər, başımı unitaza salmağa cəhd ediblər”, - o deyir. 

Məhkəmənin S.Babayev barəsində konkret hansı maddə ilə və hansı müddətə həbs qətimkan tədbiri seçdiyi məlum deyil. Fəal hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. 

S.Babayev 2022-ci ildə Azərbaycanda inanclı fəalların kütləvi həbsi zamanı narkotik ittihamı ilə həbs olunmuşdu. O, ona verilən 3 illik həbs cəzasını 2025-ci ilin dekabrında bitirib azadlığa çıxmışdı.

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq"ın ölkədə siyasi məhbus sayılan şəxslərin yanvar ayına olan siyahısında 192 inanclı fəal yer alıb. Siyasi məhbus hesab olunan şəxslərin ümumi sayı isə 340-dır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

AİHM “Qış parkı” söküntülərinə görə Azərbaycanın 751 min avro təzminat ödəməsinə qərar verib

9 noyabr 2026

Foto: Toplum TV

Bakıda “Qış parkı”nın salınması zamanı sökülən evlərlə bağlı daha bir qrup vətəndaşın şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) kompensasiya məbləğini müəyyənləşdirib. “Azadlıq Radiosu” yazır ki, noyabrın 3-də açıqlanan qərara əsasən, Azərbaycan hökuməti mülkiyyət hüquqları pozulmuş 13 ərizəçiyə ümumilikdə 751 min 250 avro təzminat ödəməlidir. Kompensasiya alacaq şəxslər arasında Ağ Partiya sədri Tural Abbaslının anası Başxanım Abbasova da var. Məhkəmənin qərarına əsasən, ona dəymiş maddi ziyana görə 104 min 500 avro, mənəvi ziyana görə isə 3 min avro ödənilməlidir. AİHM bu iş üzrə ilk qərarını 2025-ci ilin fevralında çıxarıb. Həmin qərarda 13 ərizəçinin mülkiyyət hüququnun pozulduğu müəyyən edilib. Məhkəmə qeyd...
Məhkəmə

“Toplum TV işi”ndə jurnalist hakimə: ‘Bunu məhkəmə hesab etmirəm, məni zaldan çıxarın’

2 noyabr 2026

Toplum TV

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Proses başlamazdan əvvəl “Toplum TV” jurnalisti Fərid İsmayılov saxlanıldığı təcridxanada məhbuslara münasibətlə bağlı danışıb. “Umbakı Penitensiar Müəssisəsində insanlıq əleyhinə cinayətlər baş verir. Təcridxananın rəisi Rəşad Yusifov sentyabrın 27-də öz iş otağında ictimai fəal Nicad İbrahimi Pərviz adlı rejim rəisinə döydürüb. Məhbusun vəziyyətini işçilər və məhbuslar görüb. Kameraları açıb baxsınlar. Qan içində qalan məhbusu yerdə sürüyərək qanı təmizlətdiriblər. Pərviz adlı rejim rəisi tərəfindən döyülüb. Onu o qədər döyüblər ki, yer bütün qan olub. Sonra N.İbrahimə deyiblər qanı silsin. O da bundan imtina edəndə özünü yerdə sürüyüb, qanı elə siliblər”,...

Seçilmiş Videolar

Toplum TV loqo