Məhkəmə

Vəkil: Hacı Vəliyev aclığa davam edir, səhhəti pisləşib

15 İyul, 2025
87

Foto: sosial media

Həbsdə olan ictimai fəal və "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyev aclığa davam edir. 

Bu barədə iyulun 15-də onun yaxınları vəkilinə istinadən məlumat yayıblar.

Məlumatda deyilir ki, Vəliyevin vəkili Fəxrəddin Mehdiyev müalicə müəssisəsində onunla görüşüb. Vəliyev vəkilinə səhhətinin getdikcə daha da pisləşdiyini, buna baxmayaraq aclıq aksiyasını davam etdirməkdə israrlı olduğunu deyib. 

Fəal, həmçinin, saxlanma şəraitindən və gözünün müalicə edilməməsindən narazılıq edib. O, müəssisədə izolyasiya şəraitində saxlanıldığını bildirib. 

Vəliyev iyunun 21-dən “ədalətsiz mühakiməsinə qarşı” aclıq aksiyası keçirir. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər. 

Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır.

O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Vəliyev mayın 14-də məhkəmədə çıxışında deyib ki, o, "ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə" görə həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Fatimə Mövlamlı: “Hakim dedi ki, elə bu cür danışdığına görə həbs olunmusan”

15 İyul 2025

Foto: Ülviyyə Əli

Jurnalist Fatimə Mövlamlı Bakı Apellyasiya Məhkəməsi hakiminin onun əslində tənqidi yazılarına görə həbs olunduğunu etiraf etdiyini açıqlayıb.  “Meydan TV işi” üzrə həbsdə olan jurnalistin “Facebook” səhifəsində yayımlanan açıqlamada iyulun 4-də baş tutan proses zamanı onunla hakim Ramin Qaraqurbanlı arasındakı dialoqa yer verilib.  Mövlamlı xəbər verib ki, istintaqın təyin etdiyi ekspertiza polisin onun evindən tapdığını iddia etdiyi 153 ədəd (ümumilikdə 13 500 avro dəyərində) pul əsginasından 4-nün üzərində jurnalistin əl-barmaq izləri olduğu haqda rəy verib.  Hakimin bu barədə sualına cavab verən Mövlamlı bir daha pulun ona aid olmadığını və polis tərəfindən evinə yerləşdirildiyini deyib.  “O ki, qaldı ekspertizanın guya aşkarladığı əl-barmaq...
Məhkəmə

“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi

14 İyul 2025

Foto: Toplum TV

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub.  Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri Akif Qurbanov ötən dəfəki iclasdakı çıxışına davam edib.  Qaçaqmalçılıq və vergidən yayınma ittihamlarına cavab verən Qurbanov bildirib ki, onların Azərbaycanda qeydiyyatdan keçməsinə və vergi ödəyicisi kimi çıxış etmələrinə əngəllər yaradılıb, buna görə də təşkilat Gürcüstanda qeydiyyatdan keçib.  O, “Faktyoxla” platformasının yaradılmasından da danışıb və bunun Azərbaycanda fakt yoxlama sahəsində ilk olduğunu, lakin sonradan hökumət tərəfindən alternativlər yaradıldığını deyib. Qurbanov dövlət qurumlarından biri tərəfindən ona “Faktyoxla” platforması ilə əməkdaşlıq təklif olunduğu,...

Seçilmiş Videolar

Toplum TV loqo