Məhkəmə

Vəkili: “Azər Qasımlı hədə-qorxu gələcəkdisə, niyə məhkəməyə, polisə üz tuturdu?”

5 Mart, 2026
337

Foto: sosial media

Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə A.Qasımlının vəkilləri müdafiə çıxışı edib.

Politoloq onu hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun ona olan borcunu qaytarıb-qaytarmayacağını soruşub. Q.Yusifov suala cavab verməkdən imtina edib. 

Daha sonra çıxış edən vəkil Aqil Layıc cinayət işini “saxta” adlandırıb və irəli sürülən ittihamlara cavab verməkdən imtina edib. O, müvəkkilinin ictimai-siyasi fəaliyyətinə və mövqeyinə görə həbs olunduğunu, cəmiyyətin də bu ittihama inanmadığını deyib. 

Ardınca çıxış edən vəkil Rövşanə Rəhimli isə istintaq və məhkəmə proseslərində A.Qasımlıya qarşı irəli sürülən hədə-qorxu ittihamının sübut olunmadığını bildirib. 

“Bir ildən artıq davam edən araşdırmalar nəticəsində biz bu halı təsdiq edən yalnız bir “sübut”la üz-üzə qaldıq. O da Qurbanəli Yusifovun ifadələridir. Düzdür, həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı ittiham tərəfinin bir çox şahidləri dindirildi. Onlardan bəziləri Azər Qasımlının Qurbanəli Yusifova hədə-qorxu gəldiyini iddia etdilər. Lakin həmin şahidlər onu da qeyd etdilər ki, onlar Azər Qasımlının Qurbanəli Yusibova hədə-qorxu gəlməsini görməyiblər, bu faktı bilavasitə eşitməyiblər və bu faktı yalnız Qurbanəli Yusifovun onlara deməsindən bilirlər”, - o qeyd edib. 

Vəkil xatırladıb ki, cinayət işində politoloqun Q.Yusifovu atasını öldürmək və oğlunu qaçırmaqla təhdid etdiyi yazılıb. 

“Azər Qasımlı ona olan borcunu ödəməsi üçün Qurbanəli Yusifova müəyyən təsirlər etməyə çalışıb, lakin bu təsirlərin hamısı qanun çərçivəsində olub. Azər Qasımlı dəfələrlə yazaraq Qurbanəli Yusifovdan polisə şikayət edəcəyini və onu məhkəməyə verəcəyi ilə bağlı xəbərdarlıq edib. Burada sual yaranır ki, bir şəxs Qurbanəli Yusifovu valideynlərini öldürməklə, övladını oğurlamaqla hədələyirsə, niyə birdən onu məhkəməyə və polisə verəcəyi ilə hədələsin?”, - vəkil sual edib. 

Bundan sonra hakim R.Rəhimlinin çıxışında səsləndirdiyi müəyyən iddialar haqda Qurbanəli Yusifova suallar verib, lakin bunların heç birinə cavab ala bilməyib. Hakim özü də suallarına cavab ala bilmədiyini deyib. 

Növbəti proses 11 mart saat 16:00-a təyin olunub.

Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə ittiham olunur.

Siyasətçi ittihamı rədd edir və həbsinin ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı daha əvvəl “Toplum TV”-yə bildirib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin borcun qaytarılması üçün ona hədə-qorxu gəlinməyib.

“2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki ‘bitcoin’ almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, ‘bitcoin’lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir ‘bitcoin’ də yoxa çıxdı”, - o bildirib.

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Q.Yusifov və həyat yoldaşı borcun aylıq hissələrlə qaytarılması barədə razılığa gəliblər və Q.Yusifov bununla bağlı qəbz də imzalayıb.

Lakin sonradan Q.Yusifov ölkəni tərk edib və A.Qasımlı ilə əlaqəni kəsib. Bundan sonra siyasətçi məhkəməyə müraciət edib və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi A.Qasımlının xeyrinə qərar çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”

9 Avqust 2026

sosial media

“Toplum TV”-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı bildirilir. Bu barədə onun həyat yoldaşı Günay Məmmədli avqustun 9-da məlumat yayıb. Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb. “Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub. O, həmçinin isti hava şəraitində qalxanabənzər vəzindəki 23×25 millimetrlik törəmənin yaratdığı boğulma halları da yaşayır”, - deyə Günay Məmmədli bildirib. Onun sözlərinə görə, həftə sonu olduğu üçün təcridxanada Məmmədliyə həkim yardımı göstərilməyib. “Yetər artıq bu işgəncə. Nəyin qisasını alırsınız?” -deyə...
Məhkəmə

Yaxınları: "Əli Kərimli məhkəməyə aparılarkən huşunu itirib"

8 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin məhkəmə iclaslarından birinə aparılarkən huşunu itirdiyi bildirilir.  Bu barədə avqustun 7-də Belarusun "Xartiya 97" xəbər saytı siyasətçinin yaxınlarına istinadən məlumat verib. Məlumata görə, Ə.Kərimli iyun ayında Bakı Apellyasiya Məhkəməsində baş tutan prosesə aparılarkən Penitensiar Xidmətin əməkdaşlarından su istəyib. Yaxınları deyir ki, qızmar hava şəraitində su ilə təmin olunmayan siyasətçi avtomobildə huşunu itirib.  "Bu cür dəhşətli istidə mənə su da vermirlər. Məni öldürürlər", - Ə.Kərimli prosesdə bildirib.  Ə.Kərimlinin saxlanma şəraitinin pisləşməsi ilə bağlı məlumatlar vaxtaşırı hüquq müdafiəçiləri tərəfindən ictimailəşdirilir.  Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin avqustun 1-də yaydığı məlumata görə, partiya sədri...

Seçilmiş Videolar

Toplum TV loqo