Multimedia

 

Hikmət Hacıyevin Ermənistandan üzr tələbi sülh gündəliyini dəyişə bilərmi?

14 noyabr, 2026
23

 İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşma istiqamətində irəliləsə də, zaman-zaman gərginliklər müşahidə olunur. Prezidentin köməkçisi Hikmət Hacıyevin ötən ay xarici diplomatların Qarabağa səfəri zamanı Gəncəsər və Xudavəng kilsələrini “Qafqaz Albaniyasının qədim xristian irsinin ayrılmaz hissəsi” adlandırması da belə məqamlardan biri olub.

Bu açıqlama “Sülh körpüsü” təşəbbüsünün sonuncu görüşünün təxirə salınması fonunda hər iki cəmiyyətdə suallar yaradıb. Qarşılıqlı etimadı artırmaq məqsədi daşıyan təşəbbüs iki ölkənin ekspertləri müəyyən müddətdən bir dialoq masasına əyləşdirirdi. Hər iki ölkə nümayəndələrinin iştirak etdiyi görüşlər növbə ilə Azərbaycan və Ermənistanda keçirilirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Penitensiar Xidmətin rəisi dəyişdi, bəs həbsxanalarda vəziyyət dəyişəcək?

13 noyabr 2026
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon şöbəsinin sədri Əlizamin Salayev bu ilin avqustunda ikinci uzunmüddətli həbs cəzasını bitirərək azadlığa çıxıb. O deyir ki, cəzaçəkmə müəssisələrində bir sıra problemlər mövcud olsa da, xüsusilə tibbi xidmətlərlə təminatın qaydasında olmaması məhkumların sağlamlığına ciddi ziyan vurur. Özü də ürək və böyrək xəstəliklərindən əziyyət çəkən fəalın sözlərinə görə, məhkumluq dövründə dərmanları, əsasən, ailəsi tərəfindən təmin olunub.
Multimedia

 

Berlində həbsdə olan azərbaycanlı jurnalistlərə dəstək sərgisi keçirilib

11 noyabr 2026
Almaniyanın paytaxtı Berlində Azərbaycanda həbsdə olan jurnalistlərə dəstək məqsədilə sərgi və məktub aksiyası təşkil olunub. Sərgidə “Toplum TV”, “Meydan TV” və “Abzas Media”nın həbsdə olan əməkdaşlarının, elədə də həbsdə olan digər media təmsilçilərinin illustrasiyaları nümayiş olunub. Tədbir Berlin Divarının süqutuna həsr olunan Berlin azadlıq həftəsi çərçivəsində keçirilib.

Seçilmiş Videolar

Toplum TV loqo