Siyasət

Tofiq Yaqublu saxlanma şəraitindən narazıdır: “Xeyli məhbus çarpayı çatışmazlığına görə yerdə yatır”

13 noyabr, 2026
22

sosial media

Həbsdə olan siyasətçi, Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində şəraitin pisləşməsinə etiraz olaraq ailəsinə zəng etməkdən imtina etdiyi deyilir. Bu barədə siyasətçinin qızı Nigar Həzi məlumat yayıb.
N.Həzi bildirib ki, Yaqublu həbsxanadakı problemlərlə bağlı müəssisə rəisi ilə görüşmək üçün dəfələrlə rəsmi müraciət edib.
“Tofiq Yaqublu həbsxanadakı dözülməz şərait və problemlərlə bağlı dəfələrlə 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şəfaət Abbasovun qəbuluna düşmək üçün rəsmi müraciət etsə də, rəis onunla görüşməkdən boyun qaçırır. Onun televizordan istifadə imkanı əlindən alınıb. Həbsxanada yeganə informasiya mənbəyi televizordur. Bundan əlavə, kiçik otaq və baraklarda nəzərdə tutulandan daha çox məhbus yerləşdirilib. Xeyli məhbus çarpayı çatışmazlığı səbəbindən yerdə yatır. Bir qədər böyük otağı boşaldaraq ora bir televizor qoyublar və bildiriblər ki, 300-400 məhbus yalnız bu televizordan istifadə edə bilər”, - siyasətçinin qızı yazıb.

O, həmçinin Ombudsman Aparatının nümayəndələrinin noyabrın 13-də 17 saylı Cəzaçəkmə Müəssisəsinə gəldiyini, lakin Tofiq Yaqublu ilə görüşmədiyini bildirib.
N.Həzi siyasi məhbusların saxlanıldığı müəssisələrdə təzyiqlərin artdığını deyib və bunu Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayevin təyinatından sonra tətbiq edilən qaydalarla əlaqələndirib.
Noyabrın 12-də Yaqublunun ailəsi onun adətən zəng etdiyi vaxtda evlə əlaqə saxlamamasından narahat olduğunu açıqlamışdı. Həmin vaxt Nigar Həzi atasının həbsxanada təzyiqlərlə üzləşdiyini də bildirmişdi.

“Toplum TV” iddialarla bağlı Penitensiar Xidmət münasibət öyrənə bilməyib.

Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluq, habelə saxta sənəd hazırlama və ya istifadə etmə ittihamları ilə təqsirli bilinib. Yaqublu ittihamları siyasi motivli sayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ailəsi hicab qadağasına görə aclıq edən məhbusdan xəbər ala bilmir

13 noyabr 2026

Foto: şəxsi arxiv

Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz olaraq aclıq aksiyasına başlayan inanclı məhbus Elman Şeydayevdən 20 gündən çoxdur xəbər alınmadığı deyilir. Yaxınlarının “Meydan TV”yə verdiyi məlumata görə, Şeydayev oktyabrın 16-dan aclıq edir. O, 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılarkən cəza kamerasına (“kars”) yerləşdirilib. Bundan sonra ailəsi onunla əlaqə saxlaya bilməyib. Yaxınları digər məhbusların ailə üzvlərindən aldıqları məlumata əsasən, Elman Şeydayevin 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü bildirirlər. Ancaq onun hazırda harada və hansı şəraitdə saxlanıldığı, eləcə də səhhətinin necə olduğu barədə ailəsinə rəsmi məlumat verilməyib. Elman Şeydayev 2022-ci ilin fevralında saxlanılıb və həmin ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi...
Siyasət

Hüseyn Abdullayev Azərbaycana qarşı Avropa Məhkəməsinə göndərdiyi şikayəti geri götürüb

13 noyabr 2026

sosial media

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev və anası Zeynəb Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) təqdim etdikləri şikayətləri geri götürüblər. Məhkəmə noyabrın 12-də onların ərizələrinin baxılan işlər siyahısından çıxarılması barədə qərar yayıb. “Azadlıq Radiosu”nun məlumatına görə, şikayət Hüseyn Abdullayevin 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi, burada 6 il həbs cəzası alması və anası ilə birlikdə mühakimə olunması ilə bağlı idi. İş üzrə AİHM-də 2024-cü ildə kommunikasiya mərhələsi başlanmış, Azərbaycan hökumətinə suallar göndərilmişdi. Ərizədə qeyd olunurdu ki, Hüseyn Abdullayev 2013-cü ildə Almaniyaya köçüb, orada Azərbaycan hakimiyyətini tənqid edən “Susma” mahnısını yazaraq klip çəkdirib. Bundan sonra onun İnterpol vasitəsilə beynəlxalq axtarışa verildiyi...

Seçilmiş Videolar

Toplum TV loqo