Multimedia

ABŞ səfirliyi: “Əsl "namərdlik" ölkə ictimaiyyətini faktlardan yayındırma cəhdidir” – CÜNÜN İCMALI

20 Dekabr, 2024
32

“Toplum TV”-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin səhhəti pisləşib.

****

Avropa Parlamenti Azərbaycanın yüksək rütbəli məmurlarına - Prezident Administrasiyasının Hüquq mühafizə orqanlarıyla iş şöbəsinin müdiri, İlham Əliyevin köməkçisi Fuad Ələsgərova, daxili işlər naziri Vilayət Eyvazova və dövlət təhlükəsizlik xidmətinin rəhbəri Əli Nağıyevə sanksiya tələb edir.

****

ABŞ-n Azərbaycandakı səfirliyi “Vaşinqtonun Bakıya qarşı namərd diplomatiya yürütməsi” barədə AzTv-nin ittihamına cavab verib. Səfirliyin “Facebook” hesabındakı paylaşımında qeyd olunur ki, 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqerin həbs edilməsi artıq bir faktdır.  

****

Fransanın Azərbaycandakı səfiri Ann Buayon isə İlham Əliyevin sözügedən müsahibədə Fransanın uğursuz dövlətə çevrilməsi barədə dediklərinə cavab verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Multimedia

Prezident xaricdən maliyyələşən tənqidçi medianı “əlaltı resurs” adlandırdı – GÜNÜN İCMALI

19 Dekabr 2024

Toplum TV

Dekabrın 18-də Bakı Apelyasiya Məhkəməsi iqtisadçı alim Qubad İbadoğlunun ölkədən çıxışına qadağa qərarını qüvvədə saxlayıb. *** Dekabrın 17-də Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanda həbsdə olan jurnalistlərə və fəallara dəstək aksiyası keçiriblər. **** Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini dekabrın 17-də məhkəmə araşdırması başlamış “AbzasMedia” jurnalistlərinə və “AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb. **** Dekabrın 18-də Ali Məhkəmə “Xural TV”-nin təsisçisi Əvəz Zeynallının həbs müddətini 2 ay, Elnur Şükürovun cəzasını isə 1 il müddətinə azaldılıb.
Multimedia

15 nəfər 1389 cinayət əməlində ittiham olunur – GÜNÜN İCMALI

18 Dekabr 2024

Toplum TV

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə prosesin hazırlıq iclası keçirilib. Jurnalistlər məhkəmə zalına buraxılmayıblar. **** Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, sədr Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Elnur Quliyevin yaxınları “Meydan TV”-yə bildiriblər ki, onun həbsdə olan qardaşı Ramil Quliyev təcridxanada pis rəftara məruz qalır, hətta çarpayı da ayrılmadığına görə döşəmədə yatmalı olur. **** Bakıda həbsdə olan Qarabağ separatçılarının bir çoxunun işi məhkəməyə göndərilib. **** Ötən gün Gürcüstanda etiraz aksiyaları davam edib **** Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri general-leytenant İqor Kirillov Moskvada partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.

Seçilmiş Videolar

Toplum TV loqo