Siyasət

Həbsdə olan AXCP üzvü ac-susuz saxlanıldığını deyir

20 Dekabr, 2024
24

açıq mənbədən göndərilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada 10 gün müddətinə həbs edilmiş fəalı Ceyhun Novruzov polis bölməsində pis rəftara məruz qalmasından şikayətçidir (Turan).

Vəkili Nemət Kərimlinin dediyinə görə, dekabrın 13-də saxlanıldıqdan sonra AXCP üzvünü Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətirərək  bütün gecə soyuq beton döşəmənin üstündə, ac-susuz saxlayıblar.

Novruzov həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib.

Nemət Kərimlinin sözlərinə görə, polis 10 günlük həbsi "yüngül cəza" hesab edib və şikayət verib, amma dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

AXCP-dən bildiriblər ki, partiyanın Səbail Rayon Təşkilatının sədri Ceyhun Novruzov dekabrın 13-də taksi sürücülərinin əsassız cərimələnməsinə etiraz etdiyinə görə saxlanılıb. O, polisə tabe olmamaqda ittiham olunub və 10 gün müddətinə həbs edilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fazil Qasımovun vəkili Fuad Ağayev: “42 illik təcrübəmdə bu dərəcədə rüsvayçılıq görməmişəm”

20 Dekabr 2024

açıq mənbədən götürülüb

 İqtisadçı-alim Qubad İbadoğlunun işinə görə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun və eyni iş üzrə həbs olunan Anar Əliyevin məhkəməsi davam edir.  Ötən məhkəmə iclasında vəkil Fuad Ağayev onun müdafiəsinə yeni qoşulduğuna görə hakimdən sənədlərlə tanış olmaq üçün vaxt istəmişdi. Vəkil  müttəhimin də işlə tanış olmadığını qeyd edərək ona bunun üçün saxlanıldığı təcridxanada şərait yaradılmasını istəmişdi.    Vəkildən şikayət: “Sonuncu cildi məhkəmə iclasının başlanmasına 15 dəqiqə qalmış veriblər” Bu dəfə məhkəmə başlayan kimi Fuad Ağayev bildirib ki, cinayət işinin sonuncu cildini ona məhkəmə iclasının başlanmasına 15 dəqiqə qalmış veriblər və onunla tanış ola bilməyib. O, buna görə...
Siyasət

İctimai fəal Nicat İbrahimin işi üzrə ibtidai istintaq başa çatıb

20 Dekabr 2024

açıq mənbədən götürülüb

İctimai fəal Nicat İbrahim haqqındakı cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş bu günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək, vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə deyib.  İctimai fəalın həyat yoldaşı Pərvin İbrahimin sözlərinə görə, Nicat İbrahim istintaqa etiraz olaraq bir neçə dəfə özünə xəsarət yeriməklə intihara cəhd edib. “O üçüncü dəfə, bu günlərdə ayaqları və əlləri sulu halda özünü elektrik cərəyanına qoşub. Həyatını xilas edə biliblər. Amma, qollarında və sinəsində yanıq yerləri qalmaqdadır”, həyat yoldaşı qeyd edib. O bildirib ki, həyat yoldaşı intihara cəhd etdikdən sonra boğazında qan laxtaları yığılır, qulaqlarında və sinəsində kəskin ağrılar var, təzyiqi yüksəkdir....

Seçilmiş Videolar

Toplum TV loqo