Siyasət

İlhamiz Quliyevin həbsxanada zorakılığa məruz qaldığı deyilir

20 Dekabr, 2024
66

açıq mənbədən götürülüb

Umbakıda yerləşən penitensiar kompleksdə saxlanılan hüquq müdafiəçisi İlhamiz Quliyevin zorakılığa məruz qaldığı bildirlir.

Bu haqda onun yaxını Aygül Cəfərova Facebook hesabında yazıb.

“Telefonda ancaq “burada mənə qarşı zorakılıq və təhdidlər var” deyə bildi və telefonu kəsdilər. Hal-hazırda da yəqin işgəncəyə məruz qalır bunu dediyi üçün. Haqsız yerə ömründən 3 il oğurlamaqları bəs deyil, hələ bir zorakılıq da göstərirlər”, - yaxını bildirir.

 A.Cəfərova İlhamiz Quliyevin az sonra yenidən zəng etdiyini, bu dəfə telefon danışığının kəsilmədiyini yazıb.

Quliyevin şikayətinin Umbakı Penitensiar kompleksindəki saxlanılma şəraiti və pis rəftarla bağlı olduğunu deyib: "Deyir ki, saxlanıldıqları yerdə istilik sistemi olsa da, elə bir minimum həddədir ki, məhbuslar gödəkçə ilə yatsalar da soyuqdan qoruna bilmirlər. Gətirilən sovqatlar elə bir hala salınır ki, yemək mümkün olmur. Vəkilinə zəng etmək hüququndan məhrumdur. Soyuqda paltarsız dəqiqələrcə ayaq üstə durmağın qəbulolunmaz olduğunu deyəndə isə, mayor Ramin Əkbərov tərəfindən təhdid edilib. İlhamizin anası artıq Ədliyyə Nazirliyinə və Ombudsmana müraciət edib".

A.Cəfərova aidiyyəti qurumları məsələni araşdırmağa dəvət edib. 

Penitensiar Xidmətdən Toplum TV-yə məsələni araşdırıb cavab verəcəklərini deyiblər. 

İ.Quliyev ötən il dekabrın 4-də saxlanılıb. Bu il dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. 

Məhkəmə İlhamiz Quliyevə qarşı irəli sürülmüş 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə edib saxlama) maddəsini 234-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik maddə əldə edib saxlama) maddəyə tövsif edib.

İctimai fəal ittihamları qəbul etmir və həbsini polisdəki qanunsuzluqlarla bağlı Abzas Media-ya verdiyi müsahibə ilə əlaqələndirir.  

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fazil Qasımovun vəkili Fuad Ağayev: “42 illik təcrübəmdə bu dərəcədə rüsvayçılıq görməmişəm”

20 Dekabr 2024

açıq mənbədən götürülüb

 İqtisadçı-alim Qubad İbadoğlunun işinə görə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun və eyni iş üzrə həbs olunan Anar Əliyevin məhkəməsi davam edir.  Ötən məhkəmə iclasında vəkil Fuad Ağayev onun müdafiəsinə yeni qoşulduğuna görə hakimdən sənədlərlə tanış olmaq üçün vaxt istəmişdi. Vəkil  müttəhimin də işlə tanış olmadığını qeyd edərək ona bunun üçün saxlanıldığı təcridxanada şərait yaradılmasını istəmişdi.    Vəkildən şikayət: “Sonuncu cildi məhkəmə iclasının başlanmasına 15 dəqiqə qalmış veriblər” Bu dəfə məhkəmə başlayan kimi Fuad Ağayev bildirib ki, cinayət işinin sonuncu cildini ona məhkəmə iclasının başlanmasına 15 dəqiqə qalmış veriblər və onunla tanış ola bilməyib. O, buna görə...
Siyasət

Həbsdə olan AXCP üzvü ac-susuz saxlanıldığını deyir

20 Dekabr 2024

açıq mənbədən göndərilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada 10 gün müddətinə həbs edilmiş fəalı Ceyhun Novruzov polis bölməsində pis rəftara məruz qalmasından şikayətçidir (Turan). Vəkili Nemət Kərimlinin dediyinə görə, dekabrın 13-də saxlanıldıqdan sonra AXCP üzvünü Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətirərək  bütün gecə soyuq beton döşəmənin üstündə, ac-susuz saxlayıblar. Novruzov həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib. Nemət Kərimlinin sözlərinə görə, polis 10 günlük həbsi "yüngül cəza" hesab edib və şikayət verib, amma dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. AXCP-dən bildiriblər ki, partiyanın Səbail Rayon Təşkilatının sədri Ceyhun Novruzov dekabrın 13-də taksi sürücülərinin əsassız cərimələnməsinə etiraz etdiyinə görə saxlanılıb....

Seçilmiş Videolar

Toplum TV loqo