Siyasət

“Zaminbank”ın həbsdə olan direktorunun vəziyyətinin ağır olduğu deyilir

20 Dekabr, 2024
63

açıq mənbədən götürülüb

Ləğv edilmiş “Zaminbank”ın rəhbəri olmuş Nadir İsmayılovun Bakı 1 saylı İstintaq Təcridxnasında dekabrın 14-də vəziyyəti pisləşib. 

Toplum TV-nin əldə etdiyi məlumata görə, o infarkt keçirib və vəziyyəti ağırdır. Onun özəl xəstəxanaların birində müalicə aldığı deyilir.

Penitensiar Xidmətdən Toplum TV-yə bildirilib ki, məsələyə gələn bazar ertəsi münasibət bildicəklər.  

Nadir İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub və 10 il müddətinə azadlıqdan məhrum edilib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tofiq Yaqublu: “Mən 75 yaşında həbsxanadan çıxmaqdansa, ölümü seçirəm”

12 Mart 2025

sosial media

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu aclıq aksiyasına başlayacaq. Siyasətçi bunu, qanunsuz məhkəmə hökmü ilə bağlı edəcəyini deyir. Külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya ondan istifadə maddələrilə ittiham edilən Yaqublu martın 10-da 9 il müddətinə azadlıqdan məhrum edilib.  Siyasətçi martın 11-i ictimaiyyətə müraciətində aclıq aksiyasına aprel ayının 1-dən başlayacağını bəyan edib. “Qərarım qətidir! Mənim həbsxanadan ancaq ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər”,...
Siyasət

“Avropa Azərbaycan qazına ehtiyac duyur” - İlham Əliyev

11 Mart 2025

Toplum TV

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycandan qaz alan 12 ölkədən 10-u Avropa ölkəsidir. “Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir”. İlham Əliyev bu sözləri Şimali Makedoniyalı həmkarı ilə mətbuata bəyanatında deyib. O bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur:  ”Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür”. Ötən ilin noybrında Bakıda keçirilən Cop29 iqlim konfransı ərəfəsində Avropa Parlamentinin sosialistlərdən və demokratlardan ibarət qrupu repressiyalara görə Aİ-dan Azərbaycan qazından imtina etməyi tələb ediblər. Onlar ölkədəki siyasi məhbus...

Seçilmiş Videolar

Toplum TV loqo