Siyasət

Vedant Patel: “Bayden Administrasiyası Bakı ilə Yerevan arasında sülh səylərini davam etdirəcək”

20 Dekabr, 2024
62

Alpha News

Bayden Administrasiyası yekun saziş əldə olunmamasına baxmayaraq, Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Turan-ın suallarını cavablandırarkən belə söyləyib. 

"Bu, əvvəlki kimi indiki administrasiya və dövlət katibi Entoni Blinken üçün həyati əhəmiyyət kəsb edən sahədir və biz vəzifədə olacağımız son günə qədər bunun üzərində işləməyə davam edəcəyik", - Patel bidlirib.

“Administrasiyanın səylərinin uğurlu olmaması sizi məyus edib?” sualına  Patel belə cavab verib: "Biz məyusluqlar üzərində dayanmamağa, qalmamağa çalışırıq və sadəcə olaraq öz işimizi davam etdiririk. Dövlət katibi Blinken həmişə deyir ki, bəhrəni görmək üçün günlərlə ciddi iş tələb olunur".

Hələ bir neçə ay öncə Entoni Blinken sülh sazişinin mümkün olduğunu, bu barədə Prezident İlham Əliyevlə danışdığını bildirmişdi. Ondan sonra dövlət katibi iki dəfə - NATO sammiti çərçivəsində Vaşinqtonda və BMT Baş Assambleyasının iclasları zamanı Nyu-Yorkda hər iki ölkənin xarici işlər nazirlərini qəbul edib, bu görüşlərin heç biri razılıq əldə olunması ilə başa çatmayıb.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tofiq Yaqublu: “Mən 75 yaşında həbsxanadan çıxmaqdansa, ölümü seçirəm”

12 Mart 2025

sosial media

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu aclıq aksiyasına başlayacaq. Siyasətçi bunu, qanunsuz məhkəmə hökmü ilə bağlı edəcəyini deyir. Külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya ondan istifadə maddələrilə ittiham edilən Yaqublu martın 10-da 9 il müddətinə azadlıqdan məhrum edilib.  Siyasətçi martın 11-i ictimaiyyətə müraciətində aclıq aksiyasına aprel ayının 1-dən başlayacağını bəyan edib. “Qərarım qətidir! Mənim həbsxanadan ancaq ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər”,...
Siyasət

“Avropa Azərbaycan qazına ehtiyac duyur” - İlham Əliyev

11 Mart 2025

Toplum TV

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycandan qaz alan 12 ölkədən 10-u Avropa ölkəsidir. “Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir”. İlham Əliyev bu sözləri Şimali Makedoniyalı həmkarı ilə mətbuata bəyanatında deyib. O bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur:  ”Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür”. Ötən ilin noybrında Bakıda keçirilən Cop29 iqlim konfransı ərəfəsində Avropa Parlamentinin sosialistlərdən və demokratlardan ibarət qrupu repressiyalara görə Aİ-dan Azərbaycan qazından imtina etməyi tələb ediblər. Onlar ölkədəki siyasi məhbus...

Seçilmiş Videolar

Toplum TV loqo