Ölkə

Azərbaycan və Ermənistan itkin düşənləri birgə axtarmağa razılaşıb?

5 İyun, 2025
188

Foto: AP

Azərbaycan və Ermənistan Birinci Qarabağ Müharibəsində itkin düşmüş şəxsləri birgə axtarmaq barədə ilkin razılığa gəlib.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan iyunun 4-də parlamentdəki dinləmələrdə deyib. 

O, həmçinin, iyunun 4-də iki ölkənin itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələrinin baş tutmuş görüşündən danışıb. 

“Bəli, görüş baş tutdu. Bu artıq ikinci belə görüş idi. İtkin düşən şəxslərin taleyi və mümkün axtarış əməliyyatları müzakirə olundu. Bu əməliyyatların davamlı olacağı ilə bağlı ilkin razılaşma mövcuddur. Bu görüşü müsbət addım kimi qiymətləndirirəm," – direktor bildirib.

"Bilirəm ki, hamı gözləyir. Bu məsələdə ən çox maraqlı tərəf bizik. Təəssüf ki, sabah, beş günə, bir aya, ya da bir ilə nəticə olacaqmı, deyə bilmərəm, amma sizi əmin edə bilərəm ki, bu istiqamətdə mümkün olan hər şey edilir," – xidmət rəhbəri əlavə edib. 

Azərbaycan tərəfi 4 iyun görüşünün nəticələri ilə bağlı bəyanatında birgə axtarışla əlaqədar razılığa toxunmayıb. 

“Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər”
, - Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqlamasında deyilir. 

Birinci Qarabağ Müharibəsi 1991-1994-cü illərdə keçmiş Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarda davam edib. Sözügedən ərazilərin tamamı hazırda Azərbaycanın nəzarəti altındadır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Ailəsi: Nazim Bəydəmirli ölüm ayağındadır

4 Avqust 2025

Foto: sosial media

Həbsdə olan keçmiş deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi deyilir. Bu haqda avqustun 4-də onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb.  Onun dediyinə görə, N.Bəydəmirlini müayinə edən həkim onun sətəlcəm olduğunu, təcili antibiotik müalicəsinə başlamaq gərəkdiyini söyləyib. Fəridə Bəydəmirlinin sözlərinə görə, bu gün saat 13:00-da Nazimlə planlaşdırılan telefon danışığı 30 dəqiqə gecikib. “Çox narahat oldum, çünki Nazim heç vaxt bir dəqiqə belə gecikməzdi. Narahatlığım əsassız deyilmiş. Telefonda səsi çox zəif gəlirdi, nəfəs ala bilmirdi, boğulurdu,” – deyə o bildirib. Nazim Bəydəmirli telefon danışığında gecə saat 3:00-da demək olar ki, nəfəsinin kəsildiyini, boğulma halı keçirdiyini deyib. “Məhbus yoldaşlarının kömək çağırışı ilə növbətçi hissə onu tibb...
Ölkə

Azərbaycanın xarici borcu 8 milyard manatdan çoxdur

1 Avqust 2025

Foto: açıq mənbə

Azərbaycanın xarici dövlət borcu 5,01 milyard ABŞ dolları və ya 8,52 milyard manat təşkil edib. Maliyyə Nazirliyinə məlumatında belə deyilir.  Bildirilir ki, hökumətin xarici borc portfelində ən böyük pay Asiya İnkişaf Bankına (AİB) məxsusdur. Belə ki, bu qurumdan cəlb edilmiş borclar 1,75 milyard dollar və ya 2,97 milyard manat həcmində olub və ümumi portfelin 34,9%-ni təşkil edib. İkinci yerdə avroobligasiya investorları qərarlaşıb – onların payına 1,39 milyard dollar və ya 2,36 milyard manat (27,7%) düşüb.  Üçüncü ən böyük kreditor isə Dünya Bankıdır – 738,6 milyon dollar və ya 1,26 milyard manat həcmində borc ilə portfeldəki payı 14,7%-dir. Daha sonra İslam...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo