Foto: EPA/Bloomberg
ABŞ vitse-prezidenti Ceyms Vens Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona son səfərindən danışıb.
“Fox News” telekanalına müsahibə verən Vensə Zelenskinin indiki və fevraldakı səfərlərinin müqayisəsi haqda sual verilib.
Fevralın 28-də Oval Ofisdə mətbuat üçün açıq olan görüş mübahisə ilə nəticələnmiş, Vens Ukrayna prezidentini ABŞ-yə minnətdar olmamaqda günahlandırmışdı.
Vens bu dəfəki görüşün xoş ab-havada keçdiyini deyib.
“Prezident Zelenski Oval Ofisə daxil oldu və mən onunla, prezident Trampla və Ukrayna nümayəndə heyətinin bəzi yüksək vəzifəli üzvləri ilə söhbət edirdim. Mən dedim: “Cənab prezident, elə ki, özünüzü yaxşı aparsanız, mən heç nə deməyəcəyəm.” O isə bir az gülümsədi və bu, aramızdakı buzları əritmək üçün yaxşı oldu”, - o qeyd edib.
Tramp avqustun 18-də Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşüb.
Görüşdə ABŞ-nin vasitəçiliyi ilə aparılan Rusiya-Ukrayna danışıqları və Ukraynaya Qərb ölkələrinin verəcəyi təhlükəsizlik zəmanətləri müzakirə olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: AP
Foto: New York Times
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Azərbaycanda kommunizm ənənəsi: jurnalistlərə niyə fəxri ad və medal verilir?
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?