Manşet

Fransanın “Jurnalistlər Evi” Fərid İsmayılovdan yazıb 

21 Avqust, 2025
29

Foto: sosial media

Fransada qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərən “Jurnalistlər Evi” virtual qəzetində Toplum TV-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov haqda yazı dərc edib. 

Fransada yaşayan jurnalist Ülviyyə Kərimovanın müəllifi olduğu məqalədə F.İsmayılovun “araşdırmaçı reportajları və ictimai məsələlərdə kəskin sualları ilə tanınan” jurnalist olması vurğulanır. 

Əlavə olunur ki, ciddi sağlamlıq problemlərinə və beynəlxalq ictimaiyyətin Azərbaycanda mətbuat azadlığı ilə bağlı narahatlıqlarına baxmayaraq, o, hələ də həbsdə saxlanılır.

Məqalədə qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla üzləşən jurnalistin vəkili Zibeydə Sadıqovaya istinadla ittiham aktında hər hansı sübutun olmadığı qeyd olunur. 

“Bu, sadəcə Fəridlə bağlı məsələ deyil. Bu, ümumi bir cinayət işidir və Toplum TV əməkdaşları, ictimai fəallar da daxil olmaqla daha doqquz nəfərə qarşı da eyni maddələrlə ittiham irəli sürülüb. Onun əleyhinə nə şəxsi ifadə, nə də sənədləşdirilmiş sübut var”, - vəkil bildirib. 

Daha sonra F.İsmayılovun bir neçə dəfə əməliyyat keçirdiyi bildirilir.  Sadıqova açıqlamasında jurnalistin müvafiq tibbi yardım və  müayinə ilə təmin olunmadığını deyib. “Müvəqqəti müalicələr, məsələn, damar yolu ilə dərmanlar verilir, lakin tibbi qiymətləndirmələr barədə heç bir məlumat təqdim olunmur”, - o bildirib. 

F.İsmayılovun anası Məlahət İsmayılova oğlunun vəziyyətinin hər gün daha da pisləşdiyini deyib. “Onun ayaqda dura bilməsi naminə hər həftə damar yolu ilə vurulması üçün maye və dərman aparıram. Hətta onun həkimi də dedi ki, təcriddə qala bilməz, çünki bu, ürək çatışmazlığına səbəb ola bilər”, - o qeyd edib. 

Ardınca beynəlxalq təşkilatlardan “Jurnalistləri Qorumaq Komitəsi” və “Sərhədsiz Reportyorlar”ın F.İsmayılovun pisləşən səhhəti ilə bağlı narahatlıq ifadə etdiyi və azadlığına çağırdığı bəyanatlara istinad verilib. 

“Toplum TV ilə əməkdaşlığa başladığı 2022-ci ildə bəri Fərid İsmayılov davamlı olaraq araşdırmaçı və hesabatlılıq tələb edən jurnalistika ilə məşğul olub, məmur səlahiyyətlərinin sui-istifadə hallarını üzə çıxarıb və hakimiyyətdə olanlardan birbaşa və kəskin suallar soruşub. Onun çatdırdığı xəbərlərin dəfələrlə ört-basdır edilməsi cəhdlərinə baxmayaraq, Azərbaycanda müstəqil jurnalistikaya verdiyi töhfə açıq şəkildə görünür”, - məqalədə vurğulanıb. 

“Toplum TV işi” üzrə ötən il martın 6-da saxlanılan Fərid İsmayılov polis nəzarətinə verilsə də, bu il yanvarın 17-də Xətai Rayon Məhkəməsi jurnalist barəsində qərarı dəyişərək həbs qətimkan tədbiri seçib. 

Bu iş üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Qarabağ erməniləri Minsk Qrupunun buraxılmaması üçün ATƏT-ə müraciət edib

21 Avqust 2025

Foto: Step1.am

Qarabağ ermənilərinin nümayəndələri vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupunun buraxılmaması üçün müraciət edib.  Avropada Təhlükəsizlik və Əməkdaşlıq üçün Təşkilatın (ATƏT) üzv dövlətlərinə edilən müraciətdə onlar Minsk Qrupunun buraxılmasının “qarşısını almaq üçün zəruri olduqda veto hüququndan istifadə də daxil olmaqla, öz səlahiyyətlərini həyata keçirməyə” çağırıblar. Avqustun 20-də sosial mediada dərc olunan müraciət 2023-cü ilin sentyabrına qədər Qarabağda fəaliyyət göstərmiş separatçı rejimin parlamentinin başçısı Aşot Danielyan tərəfindən, bütün parlament üzvləri adından imzalanıb.  Müraciətdə qeyd olunub ki, imzaçılar “özlərinin ata-baba yurdlarından zorla didərgin salınmış 150 min Qarabağ ermənisi adından üzv dövlətlərə dərin təciliyyət və ciddi narahatlıqla” müraciət edirlər.  Onlar ATƏT-in...
Manşet

Paşinyan: Qarabağa qayıdış sülh üçün təhlükəli mövzudur 

19 Avqust 2025

Foto: primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla ölkəsi arasında sülhün artıq bərqərar olduğunu deyib.  O, bunu avqustun 18-də Ermənistan xalqına etdiyi müraciətdə səsləndirib.  Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanan razılaşmalara istinad edən Paşinyan bölgədə yeni reallıqlar olduğunu bildirib.  “Avqustun 8-dən sonra biz tamamilə fərqli, tamamilə yeni bir Cənubi Qafqazda, yeni bir Ermənistanda yaşayırıq və bu fakt dərk olunmalıdır. Mən bunu ona görə deyirəm ki, bunu dərk etmək asan deyil, çünki bu, bizim üçün tanış olmayan bir vəziyyət və reallıqdır”, - baş nazir qeyd edib.  “Biz sülhün nə olduğunu bilmirik, sülh içində yaşamağın, işləməyin nə demək olduğunu bilmirik. Bu, bizim üçün...

Seçilmiş Videolar

Toplum TV loqo