Məhkəmə

Ülviyyə Əli: Hakimiyyət bizi həbs etməklə Rusiyanın tapşırığını həyata keçirib

20 Avqust, 2025
54

Foto: sosial media

Həbsdə olan müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) ictimaiyyət üçün növbəti məktubunu göndərib. 

Yaxınlarının dərc etdiyi məktubda jurnalist ötən ay həbs olunan “Sputnik Azərbaycan” jurnalistlərinin həbsinə toxunub. 

“Onların həbsi ilə bağlı gülüşlə qarşıladığım yanaşmalardan biri, hökumətyönlü media orqanlarının müstəqil jurnalistlərlə “Sputnik” əməkdaşlarının həbslərini eyniləşdirməyə çalışmasıdır. Guya Kenan Evren kimi “birini sağdan asdıq, birini soldan asdıq” mesajını verirlər. Aydın məsələdir ki, onların da həbsi siyasi sifariş idi, lakin fərqimiz böyükdür. “Sputnik” jurnalistləri sifarişli jurnalistlərdir və ipləri öz əllərində olmayıb, biz isə heç kimin tapşırığını yerinə yetirmədiyimiz, müstəqil fəaliyyət göstərdiyimiz üçün həbs olunmuşuq. Ona görə də onlarla bizim həbsimizi eyniləşdirmək absurddur”, - Ü.Əli qeyd edib. 

Jurnalist hökumətyönlü medianın reportajlarında Rusiyadakı jurnalist həbslərindən danışarkən beynəlxalq hüquq müdafiəsi təşkilatlarının hesabatlarına istinad olunmasını da gülünc hesab edib. Onun sözlərinə görə, eyni hesabatlarda Azərbaycanda da insan hüquqları ilə bağlı vəziyyətin kritik olduğu öz əksini tapır, lakin “gözardı edilir və hesabatlar qərəzli adlandırılır”.

“Reportajlarda hökumət “Sputnik” jurnalistlərini Federal Təhlükəsizlik Xidmətinin agentləri kimi təqdim edir. Azərbaycanda müstəqil jurnalistlərə qarşı repressiya dalğası başlayan zaman elə “Sputnik”də də bizim həbsimizin labüd olması ilə bağlı tezis yazılaraq fətva verilmişdi. Əslində bu bir etiraf sayılmalıdır, çünki bizim həbsdə olmağımız onu sübut edir ki, Azərbaycan dövləti Federal Təhlükəsizlik Xidmətinin tapşırığını icra edib”, - o əlavə edib. 

Mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonradan “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Vəkili “qanunsuz senzura”ya etiraz olaraq Tofiq Yaqublu ilə görüşdən imtina edib

20 Avqust 2025

Foto/kollaj: Toplum TV

Vəkil Nemət Kərimli həbsdə olan siyasətçi, hüquqlarını müdafiə etdiyi Tofiq Yaqublu ilə görüşdən imtina edib.  O, “Facebook” səhifəsindəki yazısında qərarını Penitensiar Xidmət əməkdaşlarının onun üzərində qanunsuz yoxlamalar aparması ilə izah edib.  Kərimli bildirib ki, avqustun 15-də Penitensiar Xidmətin Müalicə Müəssisəsində Yaqublu ilə təyin olunan görüşə gedərkən qapıdakı işçilər onun üzərində axtarış aparmaq və bəzi sənədləri müsadirə etmək istəyiblər. O isə axtarışa razı olmayıb və nəticədə görüşə getməyib.  “Tofiq bəyin aclıqdan sonra bərpa dövründə bu qanunsuzluğa birtəhər dözmək olurdu ki, təki görüşüm. Lakin sonuncu dəfə - avqustun 8-də açıq-aydın axtarış aparıldı. Mən təbii olaraq etiraz etdim, sonra rəis telefon vasitəsilə mənə...
Məhkəmə

Vəkil Fazil Qasımovun məhkəməsini yarımçıq tərk edib

20 Avqust 2025

Foto/kollaj: Toplum TV

Avqustun 19-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.  Bu barədə onun ailə üzvləri Toplum TV-yə məlumat veriblər. Ailə üzvləri bildirib ki, F.Qasımov apellyasiya şikayətinə yeni əlavələrini məhkəməyə təqdim edib. Əlavə olaraq, o, beş vəsatət verib.   Birinci vəsatət Bəxtiyar Quluzadənin məhkəməyə şahid qismində çağırılıb dindirilməsi ilə bağlı olub.  İqtisadçı vəsatəti əsaslandırmaq üçün bildirib ki, cinayət işində onun digər iqtisadçı Qubad İbadoğlu ilə görüşüb ona saxta pul verdiyi iddia olunur. F.Qasımov həmin vaxt B.Quluzadəni Türkiyədə tədbirə dəvət etdiyini, onu hava limanında qarşıladığını, onun yanında polis yoxlanışından keçdiyini, üzərində heç bir saxta pul olmadığını bildirib....

Seçilmiş Videolar

Toplum TV loqo