Medianews
Bakının mərkəzində sahiblərinin razılığı olmadan mənzil və obyektləri sökmüş şirkətin rəhbərinə məhkəmə şərti cəza verib.
"Azadlıq Radiosu"nun xəbərinə görə, bu yaxınlarda "Gold Residence" şirkətinin icraçı direktoru Nurlan Məmmədovun işi üzrə yekun məhkəmə prosesi keçirilib. Şirkət rəhbərinə 3 il yarım müddətinə şərti cəza verilib.
Məhkəmənin şərti cəza verməsində əmlak sahibləri ilə şirkət arasında barışıq əldə olunması və onlara təzminat ödənməsi, habelə N.Məmmədovun məhkəmədə peşmançılıq ifadə etməsi rol oynayıb.
Söküntü "Nəriman Nərimanov" metro stansiyasının yaxınlığında, Fətəli xan Xoyski prospekti 128-130 və Əhməd Rəcəbli küçəsi 5B ünvanlarının kəsişməsində aparılıb və altı nəfərin əmlakı özlərinin razılığı olmadan sökülüb. Mülkiyyətçilərə ümumilikdə 470 min manata yaxın ziyan dəyib.
Nurlan Məmmədov əmlak sahiblərinin şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhvetmə və ya zədələmə, zərərçəkmişə külli miqdarda ziyan vurmaqla) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Lakin şirkət rəhbəri istintaq və məhkəmə prosesi dövründə həbs olunmayıb. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
N.Məmmədov məhkəmədəki ifadəsində özünü təqsirli bilib. Lakin o bildirib ki, həmin ərazidə söküntünün aparılması haqda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 2024-cü ildə sərəncam verib.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlərə dəymiş ziyanın ödənildiyini bildirərək məhkəmədən həbs cəzası verilməməsini xahiş edib. Zərərçəkənlər də artıq şikayətçi olmadıqlarını təsdiqləyiblər.
Nəticədə N.Məmmədov 186.2.1-ci və 308.2-ci maddələr üzrə təqsirli bilinsə də, ona yalnız şərti cəza verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
şəxsi arxivi
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
Prokuror Bəşir Süleymanlıya 9 il iş istəyib
ABŞ-dəki seçkilərdən sonra texnologiya şirkətləri milyardlarla dollar itirib
ABŞ məhkəməsi Trampın BBC-yə qarşı qaldırdığı iş üzrə dindirilməsinə qərar verib
Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir