Ölkə

Bundan sonra şəxsiyyət vəsiqəsinə yaşayış yeri də əlavə ediləcək

14 İyul, 2025
214

Foto: APA

Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərindəki məlumatlar dəyişir. 

APA-nın xəbərinə görə, bu, Milli Məclisin iyulun 14-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Dəyişikliklərin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğunlaşdırma və istifadə zamanı yaranan çətinlikləri aradan qaldırmaq məqsədi daşıdığı qeyd olunur.

Yeni vəsiqələrdə yaşayış yeri və vətəndaşlıq məlumatları əks olunacaq, ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar isə yalnız idarələrarası məlumat-axtarış sistemi (IAMAS) vasitəsilə saxlanılacaq. 

Çipdə yalnız ən vacib məlumatlar qalacaq. 

Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

Vəsiqənin verilməsi və dəyişdirilməsi qaydalarına da yeniliklər edilib. 

Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

Qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Həbsdə olan inanclı fəal Mənsur Vəlişovun ölüm aclığına başladığı deyilir

29 Aprel 2026

Toplum TV

Həbsdə olan inanclı fəal Mənsur Vəlişovun ölüm aclığına başladığı deyilir. Bu barədə fəalın həyat yoldaşı Aytac Vəlişova "Toplum TV"-yə məlumat verib. Onun sözlərinə görə, M.Vəlişov aprelin 25-də saxlanıldığı Umbakı Penitensiar Kompleksindən Lənkəran rayonundakı həbsxanaya köçürülməli idi. Lakin həmin vaxtdan həyat yoldaşı ilə əlaqə saxlaya bilmir.  "Mənsur demişdi ki, bazar ertəsinə qədər ondan xəbər çıxmasa, ölüm aclığına başlayacaq. Dəfələrlə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə zəng etmişəm. Mənə deyirlər ki, Mənsurun hazırda harada saxlanılması haqqında məlumat verə bilməzlər", - o deyib.  M.Vəlişov daha öncə həyat yoldaşı ilə telefon danışığında şərləndiyini düşündüyünü bildirib. O, bu və digər tələblərlə bağlı aclıq aksiyasına başlayacağını deyib.  "O...
Ölkə

Bir neçə rayonun hərbi komissarlığında əməliyyat keçirilib, saxlanılanlar var

23 Aprel 2026

Apa.az

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyat keçirib. APA yazır ki, əməliyyatlar qurumun Ağdaş, Cəbrayıl, Saatlı və Bakının Qaradağ rayon şöbələrində aparılıb. Bildirilir ki, korrupsiya iddiaları ilə bağlı bir sıra vəzifəli şəxslər saxlanılıb. “Saxlanılan şəxslər artıq Bakıya gətirib və onlar barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcəyi gözlənilir”, - deyə məlumatda vurğulanır. Yerli medianın yazdığına görə, ittiham verilən şəxslər arasında Saatlı rayon şöbəsinin rəis müavini Araz Kərimli, Cəbrayıl rayon şöbəsinin rəis müavini Niyam Mədətsoylu, Qaradağ rayon şöbəsinin əməkdaşları Etibar Əliyev və Şamil Alıyev də var....

Seçilmiş Videolar

Toplum TV loqo