Ölkə

İKTA: Azərbaycanda internetin sürəti zəif deyil

10 Mart, 2025
344

Toplum TV

“Azərbaycanda internetin sürəti zəif deyil”.

Bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə deyib.

O, son 3 ildə ölkə üzrə internet sürətinin üç dəfə artdığını bildirib: 

“Əvvəlki dövrlərlə müqayisə etsəniz, internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər görə bilərsiniz. Ölkədə "Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm".

Azərbaycanda internet provayderləri ötən ilin avqustunda tarifləri artırıb. Bundan sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətləri 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənib.

Qiymət artımından sonra bir çox abunəçilər internetin sürətindən şikayətlənirlər, onlar qiymətin keyfiyyətə uyğun olmadığını bildirirlər.

Həmin vaxt Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Azadlıq Radiosuna demişdi ki, görünür, provayderlər, o cümlədən dövlət provayderləri bir anda varlanmaq xətti götürüblər: “Baxırlar, hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki, onlar niyə etməməlidirlər".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Səhhəti pisləşən Hafiz Babalı tibb məntəqəsinə köçürülmədiyini deyir

7 Dekabr 2025

Foto: sosial media

Həbsdə olan jurnalist Hafiz Babalı səhhətinin pisləşməsinə baxmayaraq tibb məntəqəsinə köçürülmədiyini deyir.  Bu barədə dekabrın 6-da "Facebook" səhifəsində ictimailəşdirilən mesajda o bildirib ki, ayağındakı vəziyyət "artıq çox ciddi hal alıb". Jurnalist daha öncə isə xəbər vermişdi ki, ayağında qızartı və yaralar əmələ gəlib.  H.Babalının sözlərinə görə, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin həkimi ona baxış keçirib və ayağında qızılyel infeksiyası müəyyən edib.  "Müalicə olaraq Sefazolin-Akos iynəsi vurulub. Buna baxmayaraq, vəziyyət ağır olaraq qalır. Bütün bunlara rəğmən, məni nə 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitar şöbəsinə, nə də müəssisə daxili və ya xarici tibbi müayinə məntəqəsinə köçürmək üçün şərait yaradılmır. Müalicənin davam etdirilməsi...
Ölkə

Media Agentliyi "BBC Azərbaycanca”dan fəaliyyətini dayandırmasını tələb edir

30 Oktyabr 2025

Foto: BBC

Azərbaycan hökumətinin bu ilin əvvəlində bağlanması barədə qərar verdiyi “BBC”-nin  Azərbaycan nümayəndəliyinin əməkdaşları ölkədə fəaliyyətini davam etdirir.  Bu barədə oktyabrın 29-da “APA” Medianın İnkişafı Agentliyinə (MEDİA) istinadən məlumat yayıb. Agentlik bildirib ki, akkreditasiyası ləğv ediləndən sonra jurnalist fəaliyyətini davam etdirmək “qanunvericiliyin ciddi şəkildə pozulması” deməkdir. “APA” yazır ki, agentliyə “BBC Azərbaycanca”nın adı açıqlanmayan keçmiş əməkdaşlarının ölkədə jurnalist fəaliyyətini davam etdirməsi, müxtəlif qurumlara sorğular göndərməsi və araşdırmalar aparması ilə bağlı yayılan məlumatlar əsasında sorğu ünvanlayıb. MEDİA isə cavabında qeyd edib ki, hazırda “BBC”nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti üçün heç bir hüquqi əsas yoxdur: “Bu səbəbdən agentlik qanunsuz fəaliyyətin dayandırılmasını tələb etmək səlahiyyətinə...

Seçilmiş Videolar

Toplum TV loqo