Açıq mənbədən götürülüb
İki il öncə İranda həbs edilmiş Azərbaycan vətəndaşı Fərid Səfərli yanvarın 18-də Azərbaycana gətirilib.
Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.
Bildirilir ki, Azərbaycan vətəndaşı Fərid Səfərli beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində İran İslam Respublikasından təhvil alınaraq ölkəyə qaytarılıb.
Fərid Səfərli Almaniyanın Yena Universitetinin tələbəsi olub.
Yaxınları onun 2023-cü il fevralın 20-də sevdiyi xanımı görmək üçün Tehran şəhərinə getdiyini, daha sonra ondan xəbər ala bilmədiklərini deyirdilər. Sonra onun casusluq ittihamı ilə həbs edildiyi məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla razılaşmayıb.
Məhkəmə onun barəsində 2 il həbs hökmü çıxarmışdı.
F.Səfərlinin həbsi iki ölkə arasında münasibətlərin gərginləşdiyi dövrdə, Azərbaycanın İrandakı səfirliyinə hücumdan sonra baş vermişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
həftə.az
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib