Ceyhun Bayramov: “Respublikaçılar hakimiyyəti dövründə fərqli yanaşma müşahidə edəcəyik”
Kollaj-Toplum TV
“Bundan sonra ABŞ-da 4 il ərzində Respublikaçılar hakimiyyətdə olacaq. Biz fərqli yanaşma müşahidə edəcəyik”, Azərbaycan-ABŞ münasibətləri haqqında jurnalistlərin suallarını cavablandıran xarici işlər naziri Ceyhun Bayramov belə deyib (APA).
O fikrini belə davam etdirib: “Güman edək ki, burada biz yanaşma fərqini, Azərbaycanla ABŞ arasında qarşılıqlı maraqlar əsasında formalaşmış münasibətlər görəcəyik”.
O, həmçinin Bayden adminstrasiyasının Azərbaycana münasibətinə də toxunub.
“ABŞ-ın Demokratlar administrasiyası tərəfindən bir günlük antiterror əməliyyatından sonra 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına dair addımların atılmaması, eləcə də Azərbaycanı cəzalandırmaq niyyətlərini gördük”, XİN başçısı qeyd edib.
Prezident Co Bayden dövründə, xüsusilə də son bir ildə ABŞ-Azərbaycan münasibətlərində gərginlik müşahidə edilib.
Bu gün yanvarın 20-də ABŞ-da Donald Tramp prezident kimi fəaliyyətə başlayır. Azərbaycanda ölkə başçısı İlham Əliyev başda olmaqla çoxları respublikaçılar dövründə iki ölkənin münasibətlərin daha yaxşı olacağına ümid edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Jurnalistikada Qadınlar üçün Koalisiya hakimiyyətdən mətbuata təzyiqləri dayandırmağı tələb edir
www.womeninjournalism.org
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib