Sosial media
İmişlidə yüksək sürətlə hərəkət edən yol polisinin iki azyaşlının ölümü ilə nəticələnən törətdiyi qəza və etirazlarla bağlı sosial şəbəkələrdə paylaşım edənlərin polis tərəfindən təqib olunduğu bildirilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) son iki gündə bir sıra fəallarının saxlanıldığı, onların sosial şəbəkə hesablarına müdaxilə edildiyi və paylaşımlarının silindiyi haqda məlumat yayıb.
Partiya fəallarından Sarvan Əhmədovun yanvarın 19-da axşam saat 18-də yaşadığı Ağdaş rayonunda saxlanılaraq, polis şöbəsinə aparıldığı, “Facebook” hesabına müdaxilə olunduğu, son illərdəki paylaşımlarının silindiyi qeyd edilir.
AXCP üzvlərindən daha birinin - Qulu Məmmədlinin də saxlanıldığını bildirir:
“Gecə saat 11 radələrində o, AXCP üzvlərindən biri ilə telefonla danışarkən qəfildən zəng kəsilib. Sonra məlum olub ki, Qulu Məmmədlinin yaşadığı evə polislər gəlib. Onu polis şöbəsinə aparıblar. Bir neçə saat sonra sərbəst buraxılıb”.
Yanvarın 20-də isə AXCP üzvləri ilə Şəhidlər Xiyabanını ziyarət etməyə gedərkən cəbhəçi Kərim Şükürovun da yolda saxlanılaraq, Yasamal rayonu, 29-cu polis bölməsinə aparıldığı deyilir.
Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli isə yanvarın 19-da gecə saat 23.30 radələrində atası və həmin partiyanın üzvü Raqif Kərimlinin evinə polislərin gəldiyi haqda Facebook-da yazıb.
Fərəc Kərimli bildirib ki, atasını öncə Səbail Rayon Polis İdarəsinə çağırsalar da, o xəstə olduğu üçün gedə bilməyəcəyini deyib. Onun sözlərinə inanmayan polis əməkdaşları gecə saat 23:30-da araxasınca evə gəliblər. Amma xəstə olduğunu görəndən sonra “Məruzə ediblər ki, bu vəziyyətdə gətirmək olmaz”.
Müsavat Partiyasının başqa bir fəalı Əlikram Xurşidov isə yanvarın 19-na keçən gecə saat 2 radələrində Şirvan şəhərində yaşadığı evdə saxlanılıb. Məhkəmənin qərarı ilə ona xırda xuliqanlıq ittihamı ilə 10 sutka inzibati həbs cəzası verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Jurnalistikada Qadınlar üçün Koalisiya hakimiyyətdən mətbuata təzyiqləri dayandırmağı tələb edir
www.womeninjournalism.org
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib