Nazir müavini: “Xəzərin suyunun aşağı düşməsi artıq proqnoz deyil, ekoloji problemdir”
sosial media
“Xəzər dənizində su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemə çevrilib”.
APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev sentyabrın 8-də BMT-nin İqlim Həftəsi çərçivəsində keçirilən panel sessiyasında deyib.
“Sahilyanı zonaların dəyişməsi, ekosistemlərin daralması, suiti və nərə balıqları kimi növlər üçün risklərin artması bu prosesin əsas ekoloji nəticələrindəndir. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına və regionda iqtisadi fəaliyyətə ciddi təsir göstərə bilər. Bu problemin həlli yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz. Xəzəryanı dövlətlərin birgə səyləri və əlaqələndirilmiş fəaliyyətləri vacibdir”, - Rauf Hacıyev bildirib.
Hacıyevin 2025-ci ildə verdiyi açıqlamaya görə, Xəzərin səviyyəsi son beş ildə 93 santimetr, son on ildə isə 1,5 metr aşağı düşüb. Hazırda enmə tempi ildə 20-30 santimetr qiymətləndirilir.
Azərbaycan tərəfi səbəblər sırasında iqlim dəyişikliyi ilə yanaşı, Xəzərin əsas su mənbəyi olan Volqa çayından dənizə axan suyun həcminin azalmasını da göstərir. Müxtəlif hesablamalara görə, Volqa Xəzərə daxil olan suyun təxminən 80 faizini təmin edir.
Araşdırmalarda Volqa üzərindəki su anbarları və bəndlər, həmçinin çay hövzəsində kənd təsərrüfatı, sənaye və məişət məqsədilə su istifadəsinin artması Xəzərə axan suyun həcminə təsir edən amillər sırasında göstərilir.
Rusiya Elmlər Akademiyasının Su Məsələləri İnstitutunun aparıcı elmi əməkdaşı Anatoli Frolov hələ 2 il öncə bildirmişdi ki, mövcud vəziyyətin davam etməsi Xəzərin yoxa çıxmasına gətirib çıxaracaq.
Xəzərin ekoloji problemləri təkcə su səviyyəsinin enməsi ilə məhdudlaşmır. Ekoloqlar uzun illərdir dənizə qurudan axıdılan çirkab suların, sənaye tullantılarının və neft hasilatının ekosistemə təsiri barədə də xəbərdarlıq edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar”
Həyat yoldaşı: “Ələsgər Məmmədli təcridxanada növbəti dəfə ürək tutması keçirib”
Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?
Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir"