Ölkə

Nazir: "Torpaqların birləşdirilməsinə Salyan və Qəbələdən başlanacaq"

8 Sentyabr, 2026
16

sosial media

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına (birləşdirilməsi) Salyan və Qəbələ rayonlarından başlanacaq. 

Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov sentyabrın 8-də jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, birləşdirilmə pilot layihə kimi başlayacaq və bu iki rayonun 19 kəndini, ümumilikdə isə 20 min hektara yaxın ərazini əhatə edəcək. 

Nazir əlavə edib ki, Azərbaycan bu sahədə, əsasən, Türkiyənin təcrübəsindən yararlanır və bu məqsədlə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri baş tutub. Eyni zamanda, Türkiyədən olan mütəxəssislər Azərbaycana gələrək Salyan və Qəbələdə layihənin həyata keçirilməsi nəzərdə tutulan ərazilərlə tanış olublar. 

Prezident İlham Əliyev sentyabrın 2-də kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyasına (birləşdirilmə) dair fərman verib. Fərmana görə, Nazirlər Kabineti altı ay ərzində torpaqların birləşdirilməsi qaydalarını hazırlayıb prezidentə təqdim etməlidir. 

İyul ayında Milli Məclis Azərbaycanda kənd təsərrüfatı torpaqlarının konsolidasiyası üçün qanun dəyişiklikləri qəbul edib. 

Deputatlar dəyişiklikləri kiçik kənd təsərrüfatı torpaqlarının əkilməsinin çətinliyi ilə əsaslandırıblar. Müstəqil ekspertlər isə bunun kəndlilərin torpaqlarının zorla əllərindən alınmasına gətirib çıxaracağını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Nazir müavini: “Xəzərin suyunun aşağı düşməsi artıq proqnoz deyil, ekoloji problemdir”

8 Sentyabr 2026

sosial media

“Xəzər dənizində su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemə çevrilib”. APA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev sentyabrın 8-də BMT-nin İqlim Həftəsi çərçivəsində keçirilən panel sessiyasında deyib. “Sahilyanı zonaların dəyişməsi, ekosistemlərin daralması, suiti və nərə balıqları kimi növlər üçün risklərin artması bu prosesin əsas ekoloji nəticələrindəndir. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına və regionda iqtisadi fəaliyyətə ciddi təsir göstərə bilər. Bu problemin həlli yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz. Xəzəryanı dövlətlərin birgə səyləri və əlaqələndirilmiş fəaliyyətləri vacibdir”, - Rauf Hacıyev bildirib. Hacıyevin 2025-ci ildə verdiyi açıqlamaya görə,...
Ölkə

“Memarlıq əsərləri özbaşına müdaxilələr qarşısında müdafiəsiz qalır”

7 Sentyabr 2026

sosial media

Bir qrup memar memarlıq əsərlərinə “özbaşına müdaxilələr”in qarşısının alınması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.  Müraciəti sentyabrın 5-də memar Elçin Əliyev sosial media hesabında dərc edib. Yazılı müraciəti ondan başqa, memarlar Famil Ağayev, Cahangir Axundov, İlqar Bəylərov, Xəlil Cəfərov, Nazim Fərəczadə, Nəriman İmaməliyev, Kamal Musaxanov, Aleksandr Qarber, Sənan Salamzadə və Nazim Vəliyev imzalayıblar.  “Bu gün elə bir vəziyyət yaranmışdır ki, memarlıq əsərləri faktiki olaraq mülkiyyətçilərin özbaşına müdaxilələri və sonradan aparılan yenidənqurma işləri qarşısında müdafiəsiz qalır. Məsələn, şəhər və yol infrastrukturu elementlərinin zədələnməsinin qarşısı alınır və bu, qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olduğu halda, binanın memarlıq simasının özbaşına dəyişdirilməsi,...

Seçilmiş Videolar

Toplum TV loqo