Ölkə

Qərb diplomatları Şəhidlər Xiyabanına gediblər

20 Yanvar, 2025
24

Turan İA

Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko və Avropa İttifaqı  ölkələrinin səfirləri 20 Yanvar hadisələrinin 35-ci ildönümündə Şəhidlər Xiyabanını ziyarət ediblər (Turan).

"Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı əvvəlkitək Azərbaycanda, Cənubi Qafqazda və bütün dünyada sülhə, sabitliyə və firavanlığa sadiqdir", - Mixalko X sosial şəbəkəsində yazıb.

"20 yanvar qanlı hadisələri zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə yad edirəm", - bunu isə Böyük Britaniya səfiri Fergüs Old  X sosial şəbəkəsində yazıb.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara Facebook səhifəsində bu haqda yazıb: "Bu gün biz “Qara yanvar”ın faciəli hadisələrini anırıq, bu ölkə üçün qəhrəmancasına öz həyatını verənlərin xatirəsini yad edirik. Onların dərin fədakarlığı haqqında düşünürük və bu anım günündə onların ailələrinə və yaxınlarına səmimi düşüncələrimizi çatdırırıq".

35 il öncə yaşanan faciə zamanı 130-dan çox insan həlak olub, 700-dən çox insan yaralanıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Bu il Həcc ziyarətinə getmək 10 min 115 manata başa gələcək

21 Yanvar 2025

açıq mənbədən götürülüb

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb. Bildirilib ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 dollar (10 115 manat) təşkil edir. Ötən il isə bu məbləğ 5750 dollar (9 775 AZN) idi.  
Ölkə

İmişlidəki qəzaya görə bir nəfər həbs edilib

21 Yanvar 2025

həftə.az

İmişlidə iki məktəblinin ölümünə, bir neçəsinin yaralanmasına səbəb olan qəza ilə bağlı rayon sakini,  17 yaşlı Bəylər Bayramlı həbs edilib, Baş Prokurorluq  bildirir. Məlumatda deyilir ki, adıçəkilən şəxs YPX avtomobili ilə toqquşan “Mercedes Benz” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib. Onun yol hərəkəti qaydalarını pozaraq iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq qaçmasına əsaslı şübhələr müəyyən edildiyi bildirilir. Bəylər Bayramlının barəsində Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin...

Seçilmiş Videolar

Toplum TV loqo