sosial media
"Nizami" kinoteatrının divarındakı qraffitilərlə bağlı cinayət işi çərçivəsində həbs olunmuş Ardeşir Seypfur Saad Abadi ictimaiyyətə müraciət edib.
Yaxınlarının iyunun 13-də ictimailəşdirdiyi müraciətdə Abadi barəsindəki ittihamları rədd edib.
Belarus vətəndaşı olan 20 yaşlı gənc bir yaşında ikən valideynlərinin Bakıya köçdüyünü, o vaxtdan burada böyüdüyünü, hazırda ADA Universitetində bakalavr təhsili aldığını bildirib.
"Dizayna və yerli müasir mədəniyyətə böyük marağım var. Mən komiks üslubunda personajlar, geyim dizaynları, nişanlar, açıqcalar və digər "merch" məhsulları hazırlayıram.
Həmçinin, yerli skeyt mədəniyyətinin inkişafı üçün tədbirlər və gənc rəssamlarımız üçün sərgilər təşkil edirəm.
Bu ilin 2 aprel tarixindən etibarən KİV-lərdə mənim haqqımda çoxlu yalan məlumatlar yayılıb. Hətta Azərbaycanda yaşadığım müddət və xarici görünüşümlə bağlı yanlış məlumatlar verilib, başqa insanların şəkilləri mənim şəkillərim kimi təqdim olunub. Mən istəyirəm ki, siz mənim haqqımda həqiqəti biləsiniz. Mən 2006-cı ildə anadan olmuşam, 19 ildir burada yaşayıram və Azərbaycanın rifahı naminə çalışmışam. Mənə qarşı irəli sürülən ittihamların isə reallıqla heç bir əlaqəsi yoxdur", - o qeyd edib.
Abadi ictimaiyyəti bu yaxınlarda ona qarşı işin ədalətli şəkildə aparılması tələbi ilə dərc olunacaq petisiyanı imzalamağa çağırıb.
Gənc daha öncə yaxınları vasitəsilə bildirmişdi ki, kinoteatr üzərindəki rəsm və yazıların ona aidiyyəti yoxdur.
Aprelin əvvəlində A.Abadi barəsində Nəsimi Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun "Nizami" kinoteatrının divarını vandalizmə məruz qoyduğu iddia olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
Toplum TV
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”