Ölkə

Reyestrdən keçməyən çap mediaları cərimələnəcək

14 İyul, 2025
233

Foto: açıq mənbə

Media reyestrindən keçmədən fəaliyyət göstərən çap mediaları 5000 manatadək cərimələnəcək. 

APA xəbər verir ki, iyulun 14-də Milli Məclis bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyi qəbul edib. 

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni (381.15) maddə əlavə olunub. Bu maddə ilə media reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik üçüncü oxunuşda qəbul olunub. 

2021-ci ilin dekabrın 30-da Azərbaycan parlamenti media haqqında qanun qəbul edib. Azərbaycan prezidenti İlham Əliyev qanunu 2022-ci ilin fevralında imzalayıb.

Qanun media sahəsində təşkilati-hüquqi və iqtisadi əsasları, habelə kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayılmasının ümumi qaydalarını müəyyən edir.

Sənəd jurnalistlərin fəaliyyəti ilə bağlı məsələləri, o cümlədən jurnalistlərə müvafiq vahid vəsiqələrin verilməsi, media reyestri yaradılması məsələlərini əhatə edir və gizli çəkiliş aparılmasını qadağan edir. 

Qanunun qəbulu ərəfəsində bir çox müstəqil jurnalist etiraz aksiyası keçirərək ona qarşı çıxmışdılar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Səhhəti pisləşən Hafiz Babalı tibb məntəqəsinə köçürülmədiyini deyir

7 Dekabr 2025

Foto: sosial media

Həbsdə olan jurnalist Hafiz Babalı səhhətinin pisləşməsinə baxmayaraq tibb məntəqəsinə köçürülmədiyini deyir.  Bu barədə dekabrın 6-da "Facebook" səhifəsində ictimailəşdirilən mesajda o bildirib ki, ayağındakı vəziyyət "artıq çox ciddi hal alıb". Jurnalist daha öncə isə xəbər vermişdi ki, ayağında qızartı və yaralar əmələ gəlib.  H.Babalının sözlərinə görə, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin həkimi ona baxış keçirib və ayağında qızılyel infeksiyası müəyyən edib.  "Müalicə olaraq Sefazolin-Akos iynəsi vurulub. Buna baxmayaraq, vəziyyət ağır olaraq qalır. Bütün bunlara rəğmən, məni nə 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitar şöbəsinə, nə də müəssisə daxili və ya xarici tibbi müayinə məntəqəsinə köçürmək üçün şərait yaradılmır. Müalicənin davam etdirilməsi...
Ölkə

Media Agentliyi "BBC Azərbaycanca”dan fəaliyyətini dayandırmasını tələb edir

30 Oktyabr 2025

Foto: BBC

Azərbaycan hökumətinin bu ilin əvvəlində bağlanması barədə qərar verdiyi “BBC”-nin  Azərbaycan nümayəndəliyinin əməkdaşları ölkədə fəaliyyətini davam etdirir.  Bu barədə oktyabrın 29-da “APA” Medianın İnkişafı Agentliyinə (MEDİA) istinadən məlumat yayıb. Agentlik bildirib ki, akkreditasiyası ləğv ediləndən sonra jurnalist fəaliyyətini davam etdirmək “qanunvericiliyin ciddi şəkildə pozulması” deməkdir. “APA” yazır ki, agentliyə “BBC Azərbaycanca”nın adı açıqlanmayan keçmiş əməkdaşlarının ölkədə jurnalist fəaliyyətini davam etdirməsi, müxtəlif qurumlara sorğular göndərməsi və araşdırmalar aparması ilə bağlı yayılan məlumatlar əsasında sorğu ünvanlayıb. MEDİA isə cavabında qeyd edib ki, hazırda “BBC”nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti üçün heç bir hüquqi əsas yoxdur: “Bu səbəbdən agentlik qanunsuz fəaliyyətin dayandırılmasını tələb etmək səlahiyyətinə...

Seçilmiş Videolar

Toplum TV loqo