Ölkə

Azərbaycana məxsus  gəmilər iki aydır həbs edilib

8 Yanvar, 2025
26

açıq mənbədən götürülüb

Azərbaycana məxsus  üç gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova APA-ya bildirib ki, bununla bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktub göndərilib.

Onun sözlərinə görə, ötən il noyabrın 7-də "Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə məlumat daxil olub. Bu haqda Agentlik Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) məlumat yayaraq Afrika qitəsində saxlanılan gəmilərin ona aid olmadığını bildirib.

Saxlanılan 3 gəmi Azərbaycan bayrağı altında üzür.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşları dayandırıb

9 Yanvar 2025

pressklub.az

“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşları qeyri-müəyyən müddətə dayandırıb. AZAL bildirir ki, buna səbəb Kazan üzərində hava məkanının dəfələrlə bağlanması və bunun "Kovyor" planının tətbiqi ilə əlaqələndirilməsidir. Qeyd olunur ki, qərar Kazan hava məkanındakı davam edən pozuntular fonunda sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib. Öncədən bilet alan sərnişinlər tam geri ödəniş və ya biletlərin pulsuz dəyişdirilməsi hüququna malikdirlər, aviaşirkətdən deyilib. Dünən AZAL Kazan hava məkanı "Kovyor" planının aktivləşdirilməsi səbəbindən bağlandığı üçün bu şəhərə uçuşu ləğv etmişdi.  Şirkət bu marşrutun bərpası ilə bağlı dəqiq vaxt açıqlamır. AZAL dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya...
Ölkə

Təyyarə qəzasında həlak olanların kredit borcları silinib

8 Yanvar 2025

açıq mınbədən götürülüb

Dekabrın 25-də "Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış sərnişin təyyarəsində həlak olanların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam silinib.  "Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada belə deyilir. Qeyd olunur ki, kredit öhdəlikləri müvafiq təşkilatların öz vəsaiti hesabına silinib. Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Aktau yaxınlığında təcili eniş etməyə çalışsa da, qəzaya uğrayıb. Nəticədə 38 sərnişin həlak olub, 29 nəfər yaralanıb.  Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Azərbaycan tərəfsə təyyarəyə texniki və fiziki müdaxilə edildiyini...

Seçilmiş Videolar

Toplum TV loqo