açıq mınbədən götürülüb
Dekabrın 25-də "Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış sərnişin təyyarəsində həlak olanların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam silinib.
"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada belə deyilir.
Qeyd olunur ki, kredit öhdəlikləri müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.
Dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Aktau yaxınlığında təcili eniş etməyə çalışsa da, qəzaya uğrayıb. Nəticədə 38 sərnişin həlak olub, 29 nəfər yaralanıb.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Azərbaycan tərəfsə təyyarəyə texniki və fiziki müdaxilə edildiyini bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
pressklub.az
açıq mənbədən götürülüb
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.