Ölkə

AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşları dayandırıb

9 Yanvar, 2025
12

pressklub.az

“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşları qeyri-müəyyən müddətə dayandırıb.

AZAL bildirir ki, buna səbəb Kazan üzərində hava məkanının dəfələrlə bağlanması və bunun "Kovyor" planının tətbiqi ilə əlaqələndirilməsidir. Qeyd olunur ki, qərar Kazan hava məkanındakı davam edən pozuntular fonunda sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

Öncədən bilet alan sərnişinlər tam geri ödəniş və ya biletlərin pulsuz dəyişdirilməsi hüququna malikdirlər, aviaşirkətdən deyilib.

Dünən AZAL Kazan hava məkanı "Kovyor" planının aktivləşdirilməsi səbəbindən bağlandığı üçün bu şəhərə uçuşu ləğv etmişdi. 

Şirkət bu marşrutun bərpası ilə bağlı dəqiq vaxt açıqlamır.

AZAL dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya düşdükdən sonra Rusiyanın on şəhərinə uçuşları dayandırıb.  

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

SHXÇDX: “Son iki ildə 95 nəfər barəsində materiallar Baş Prokurorluğa göndərilib”

9 Yanvar 2025

SHXÇDX/sosial media

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb edilib. Xidmətin yaydığı məlumatda deyilir ki, vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılıb, 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib. Bundan başqa, 2023-cü ildə 78, ötən il 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görüldüyü, o cümlədən 13 əməkdaşın mənfi motivlə ehtiyata buraxıldığı və əmək müqaviləsinə xitam verildiyi qeyd olunur.  Son dövrlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayonlar üzrə bölmə rəisləri həbs olunub. Ötən...
Ölkə

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? 

Son 2 gündə 2 uşaq ölümü qeydə alınıb

9 Yanvar 2025

Toplum TV

Yanvarın 8-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qızdırma ilə xəstəxanaya gətirilən iki yaşlı Maxac İsmayıl oğlu Katmayev ölüb. Bu, həmin xəstəxanada il başlayandan bəri artıq ikinci uşaq ölümüdür. Yanvarın 7-də isə yeni doğulmuş körpənin öldüyü bildirilmişdi. Qafqazinfo-nun məlumatına görə, yanvarın 8-də Zaqatala rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə gətirilən  Danaçı kənd sakini Maxac Katmayevi müayinə edən həkimlər onda qızdırma, virus infeksiyası və pnevmoniya əlamətləri olduğunu müəyyən ediblər. Uşağın təcili Reanimasiya şöbəsinə köçürüldüyü, amma müdaxilələrə baxmayaraq, axşam saat 19 radələrində öldüyü qeyd olunur. Yanvarın 7-də isə sözügedən xəstəxanada yeni dünyaya gəlmiş körpənin ölümü ilə bağlı TƏBİB-dən Report-a bildirilib ki, Zaqatala rayonunun Gözbarax...

Seçilmiş Videolar

Toplum TV loqo