Ölkə

TƏBİB: “Həkimlərin 60-70 faizi paytaxtda cəmlənib”

18 Dekabr, 2024
12

BakuPost

Regionlarda ciddi həkim çatışmazlığı var (APA).

Bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində deyib.

O bildirib ki, son 4-5 ildə həkimlərin 60-70 faizi paytaxtda toplaşıb.

Direktor müavini həkimlərin əyalətdən qaçmasının və Bakıda işləməsinin səbəbi haqda heç nə deməyib. Araz Nəsirov bir onu deyib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan etməkdir. 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Agentlik rəhbərindən etiraf: “Keyfiyyətimiz o vaxt olacaq ki, nazirlər  sağlamlığını bizim səhiyyəyə etibar edəcəklər”

18 Dekabr 2024

pravda

"Keyfiyyətimiz o vaxt olacaq ki, nazirlər, məmurlar sağlamlığını bizim səhiyyəyə etibar edəcəklər". Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Məmmədov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində deyib (Pravda.az).  O, çıxışında pasiyentlərin səhiyyədən narazı qalması məsələsinə diqqət çəkib. Vüqar Məmmədovun sözlərinə görə, pasiyent əməliyyatdan narazıdırsa, amma cərrah deyirsə ki, uğurlu alınıb, bunun önəmi yoxdur, əsas pasiyentin razılığıdır. "İnsanı yüksəlt ki, dövlət yüksəlsin. Səhiyyədə əsas faktor insan olmalıdır. Buna görə Türkiyədə Ağ Partiya yüksək faiz səs qazandı. Keyfiyyətimiz o vaxt olacaq ki, nazirlər, məmurlar sağlamlığını bizim səhiyyəyə etibar edəcəklər. Bu zaman onlar pasiyent olacaqlar, məmur yox..." - agentliyin rəhbəri...
Ölkə

 Qusar sakininin polis tərəfindən güllələndiyi deyilir

17 Dekabr 2024

açıq mənbədən götürülüb

Qusar sakini, 30 yaşlı Alxas Şıxmətovun dekabrın 16-da polislər tərəfindən güllələndiyi bildirilir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda axtarışda olan Şıxmətovun polisə silahlı müqavimət göstərdiyi deyilir. “30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır”, - nazirliyin məlumatında qeyd edilir. Son 3-4 ayda DİN buna bənzər bir neçə xəbər yayıb. Xəbərlərdə Bakının Sabunçu, Binəqədi, Suraxanı rayonlarında, eləcə də Lerikdə vətəndaşların “polisə silahlı müqavimət” adıyla güllələnərək öldürüldüyü vurğulanıb. Bu hadisələr haqda geniş məlumat verilmir.     

Seçilmiş Videolar

Toplum TV loqo