Ölkə

Həbsdə olan işçi hüquqları fəalından 8 gündür xəbər yoxdur

15 May, 2025
123

Fərqanə Novruzova

Ailəsi “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevdən 8 gündür xəbər ala bilmir. 

Bu barədə “İşçi Masası” məlumat yayıb. 

Bildirilir ki, Mustafayev saxlanıldığı 3 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların hüquqlarının pozulmasına, həmçinin Tofiq Yaqublu və həbsdə olan digər siyasi məhbusların azad edilməsinə görə mayın 6-da aclıq aksiyasına başlayıb: “Bundan sonra ona təzyiqlər edilib və saxlanıldığı yer dəyişdirilib, lakin hazırda hansı müəssisədə saxlanıldığından xəbər yoxdur”.

Ailəsi və dostları onun səhhətindən narahat olduqlarını deyirlər. 

Elvin Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb. 

2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Mustafayev ittihamı rədd edib və bunu onun “İşçi Masası”ndakı fəaliyyəti ilə əlaqələndirib. 

2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Gəncədə və İmişlidə müəmmalı yeniyetmə ölümləri

16 May 2025

sosial media

İmişli rayonunun Qaralar kəndində 15 yaşlı qızın meyiti tapılıb.  “Lent.az”ın mayın 16-da verdiyi xəbərə görə, 9-cu sinif şagirdi Mütəllimova Türkanın  meyiti yaşadığı evin həyətində yarımtikilidə aşkarlanıb. Faktla bağlı İmişli rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Bundan əvvəl də, mayın 12-də Gəncədə Elgün İbrahimov adlı 17 yaşlı yeniyetmə oğlan küçədə döyülərək tərk edilib və aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada həyatını itirib. Hadisəni törədən şəxslər hələ də tapılmayıb.  Mayın 17-də Baş Prokurorluq və DİN Elgün İbrahimovun ölümü ilə bağlı birgə məlumat yayıb. Məlumatda cinayət işinin başlandığı və istintaq tədbirlərinin davam etdirildiyi deyilir. Baş Prokurorluq və DİN istintaqla dəqiqləşdirilməmiş məlumatların yayılmasının ictimaiyyətdə çaşqınlıq yaratdığını...
Ölkə

Bu il Azərbaycanda ən az 14 hərbçi vəfat edib

14 May 2025

sosial media

2025-ci ilin əvvəlindən 13 may tarixinə qədər Azərbaycanda ən az 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (XHTİ) kütləvi informasiya vasitələri üzərində keçirdiyi monitorinqin nəticələrinə əsasən məlumat yayıb.  Onlardan 2 nəfər avtomobil qəzası, 2 nəfər qar uçqunu, 4 nəfər müxtəlif xəstəliklər, 4 nəfər intihar, 1 nəfər mina partlayışı səbəbilə, 1 nəfərsə naməlum səbəbdən vəfat edib. XHTİ bildirir ki, həyatını itirənlərdən 11 nəfəri Müdafiə Nazirliyinin, 2-i Dövlət Sərhəd Xidmətinin, 1-i isə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçuları olub. Onlardan 9 nəfəri əsgər, digərləri isə zabit, MAXE, kursant, kiçik gizir və  çavuş olublar.  İnstitut əlavə edir ki,...

Seçilmiş Videolar

Toplum TV loqo