Foto: Azərtac
Xankəndi şəhəri və Xocalı və Ağdərə rayonlarında ermənilərin “işğal dövründə inşa etdiyi qanunsuz tikililər” sökülür.
Bu barədə Prezidentin Xankəndi, Xocalı və Ağdərədə xüsusi nümayəndəsi Elçin Yusubov iyunun 2-də Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib.
O deyib ki, 30 ildən artıq işğal altında olan bu ərazilərdə ermənilər tərəfindən “xeyli sayda özbaşına tikinti işləri” aparılıb və şəhər və rayonların memarlıq üslubuna “xeyli zərər dəyib”.
"Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür", - Yusubov deyib.
O əlavə edib ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır və buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Toplum TV
Foto: Toplum TV
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Bakı İstintaq Təcridxanasının “rüşvət rentgeni”
Beynəlxalq təşkilatlar prokurorun “Abzas”çılara istədiyi cəzanı pisləyir