Region

Azərbaycan və İran Qarabağda birgə hərbi təlim keçirir

20 May, 2025
38

azxeber.com

Azərbaycan və İran hərbi qulluqçuları Qarabağda birgə hərbi təlimlər keçirir. 

Mayın 19-dan 21-ə qədər "Araz-2025" adı altında baş tutacaq təlimlərin konkret yeri bildirilməyib. Lakin çəkilən fotolardan açılış mərasiminin Hadrutda baş tutduğunu demək olar. 

“Təlim ölkələrimiz və onların Silahlı Qüvvələri arasında qarşılıqlı etimadın artırılmasına xidmət edir”, - Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında belə deyilir.

"Tehran Times" saytı təlimdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarından xüsusi qüvvələrin iştirak etdiyini yazıb. 

Sayt bildirir ki, SEPAH-ın Quru Qoşunlarının komandir müavini və təlim rəhbəri general Vəli Mədani təlimi “ortaq sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi və mümkün təhdidlərin qarşısının alınması istiqamətində mühüm addım" adlandırıb. 

Azərbaycan və İran orduları ötən ilin mayında və noyabrında da oxşar birgə təlimlər keçiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Region

Qarabağ ermənilərinin pasportlarında doğum yeri Azərbaycan qeyd olunur

9 Aprel 2025

myvisa.am

Qarabağ ermənilərinə Ermənistanda verilən pasportlarda doğum yeri kimi Azərbaycanın qeyd olunması beynəlxalq standardlarla nizamlanır.  Bunu Ermənistan Daxili İşlər Nazirliyi bildirib və əlavə edib ki, pasportda beynəlxalq tənzimləmə çərçivəsinin bir hissəsi kimi ratifikasiya olunmayan hər hansı işarə sərhəd-keçid məntəqələrində problem yaradır.  Ermənistan mətbuatı bildirir ki, ölkənin Miqrasiya Xidməti pasportlarda doğum yeri ilə bağlı xeyli şikayətlər qəbul edib.  2023-cü ilin sentyabrın 19-da Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində keçirdiyi hərbi əməliyyatdan sonra orada yaşayan erməni əhali Ermənistana köç edib.  Ötən ilin noyabrına olan məlumata görə, 4,400 Qarabağ ermənisinə artıq Ermənistan vətəndaşlığı verilib.
Region

Aİ Ermənistandakı Mülki Missiyanın müddətinin uzadılmasını müzakirə edir 

10 Yanvar 2025

Eeas.europe.eu

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi qurumun Ermənistandakı mülki missiyasının müddətinin daha iki il uzadılmasını təklif edib. Bu barədə Azadlıq Radiosuna qurumun mətbuat xidmətindən  bildirilib. Məlumatda deyilir ki, Avropa İttifaqına üzv dövlətlər təklifi müsbət qarşılayıb və Avropa İttifaqı Şurası lazımi hüquqi aktları müzakirə edir. Şuranın bununla bağlı qərarı yaxın günlərdə verəcəyi gözlənilir. Rəsmi Bakı Aİ-nin Ermənistandakı mülki missiyasını casusluqda və regional sabitliyə zərbə vurmaqda ittiham edir. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin Ofisi bu ittihamlara da münasibət bildirib:  “Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı çox aydındır: Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində ərazidə müşahidə aparmaq,...

Seçilmiş Videolar

Toplum TV loqo