Foto: tert.am
Erməni milyarder biznesmen Samvel Karapetyan iyunun 18-də Yerevanda həbs olunub.
Onun hakimiyyəti zorla ələ keçirməyə çağırışda ittiham olunduğu bildirilir.
Vəkilləri bildirib ki, Karapetyan ittihamı qəbul etmir.
Karapetyanın saxlanılması son zamanlar Baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında davam edən qalmaqal fonunda baş verib. Milyarder kilsəni açıq şəkildə dəstəkləyib.
O, iyunun 17-də müsahibəsində kilsənin yanında olduğunu bildirib və siyasətçilər vəziyyəti həll etməsələr, "kilsəyə qarşı kampaniyanı dayandırmaq üçün öz üsulları ilə müdaxilə edəcəklərini" deyib.
Paşinyan sosial media hesabında Karapetyanın adını çəkmədən onun açıqlamasına cavab verib.
"Fahişəxanalıqla məşğul olan 'ruhanilər' və havadarları birdən-birə niyə belə fəallaşıblar? Narahat olmayın, biz onları yenidən zərərsizləşdirəcəyik. Bu dəfə birdəfəlik”, - baş nazir qeyd edib.
Bundan sonra hüquq-mühafizə orqanları Karapetyanın yaşadığı evdə axtarış aparıblar.
Ermənistanda ən nüfuzlu şəxslərdən hesab olunan Karapetyan özü Rusiyada yaşayır. O, Ermənistanda “Tashir Group” şirkətlər şəbəkəsinin sahibidir və erməni kilsəsinin ən böyük xeyriyyəçilərindən biridir.
Karapetyan haqqında 2021-ci ildə Dağlıq Qarabağa silah və hərbi texnika daşınması iddiası ilə Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb və o, axtarışa verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: report.az
Foto: sosial media
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"