Region

Gürcüstan yaşayış icazəsi almaq üçün nikaha girməyi cinayət saymağa hazırlaşır 

16 İyun, 2026
33

Toplum TV

Gürcüstanda əcnəbilərin ölkədə daimi yaşayış icazəsi almaq üçün vətəndaşlarla nikaha girməsi cinayət əməli hesab oluna bilər. 

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlayıb. 

Hazırki qanuna əsasən, Gürcüstan vətəndaşı ilə nikaha girən əcnəbilər avtomatik olaraq ölkədə daimi yaşayış icazəsinə malik olur. 

Təklif olunan dəyişikliklərə əsasən, yaradılacaq xüsusi komissiya bu cür nikahları ayrı-ayrılıqda araşdıracaq. Saxta əsaslarla nikah bağladığı məlum olan əcnəbilər Gürcüstandan deportasiya edilə, 2 ildən 10 ilədək müddətə giriş qadağası ilə üzləşə, həmçinin cərimə, ev dustaqlığı və ya 2 ilədək həbslə cəzalandırıla bilər. 

Qanuna təklif olunan digər dəyişiklik isə əcnəbi tələbələrin yaşayış icazəsi ilə bağlıdır. Dəyişikliyə əsasən, yaşayış icazəsi almaq istəyən əcnəbi tələbələrdən təhsil alacaqları dildə imtahandan keçdikləri barədə sənəd tələb olunacaq. Eyni zamanda, ali təhsil müəssisələri əcnəbilərin qəbulu, tələbə statusunun dayandırılması  kimi məlumatları yaradılacaq reyestrə daxil etməli olacaqlar. 

DİN bunu belə əsaslandırıb ki, bəzən əcnəbilər yaşayış icazəsi almaqdan ötrü ali təhsil müəssisələrində qeydiyyatdan keçir, lakin sonradan dərslərdə iştirak etmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Koçaryanın ölkədən çıxışına qadağa qoyulduğu deyilir

15 İyun 2026

Açıq mənbə

Ermənistanın keçmiş prezidenti və müxalifət lideri Robert Koçaryanın iyunun 15-də ölkədən çıxışına icazə verilmədiyi deyilir. Bir gün öncə verdiyi məlumatda Koçaryan bildirirdi ki, şəxsi məqsədlərlə üç günlük səfərə hazırlaşır. Oğlu Levon Koçaryan mətbuata deyib ki, atası Rusiyaya səfər edəcəkmiş.  Koçaryanın sözçüsü Baqrat Mikoyan keçmiş prezidentin Zvartnots hava limanında ölkədən çıxışına icazə verilməməsi barədə xəbəri təsdiqləyib. O, qərarı "qanunsuz və əsassız" adlandırıb.  Koçaryan və rəsmilər bununla bağlı açıqlama verməyiblər.  Ermənistan baş naziri Nikol Paşinyan isə iyunun 14-də sosial media hesabında Koçaryanın adını çəkmədən müraciət edib.  “Çamadanlarınızı yığmağa tələsməyin. Ermənistandan qaçmaq fürsətinə sahib olmağı arzulayacaqsınız, amma o fürsəti əldə edə bilməyəcəksiniz", -...
Region

Paşinyanı qələbəyə aparan iqtisadi uğurları

9 İyun 2026

Reuters

İyunun 7-də Ermənistanda keçirilən növbəti parlament seçkisində hazırkı baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası qalib gəldi. Kənardan baxdıqda, Paşinyanın qələbəsini əsasən onun siyasi gündəliyində ön planda olan avrointeqrasiya və sülh təşəbbüsləri ilə əlaqələndirən rəylər daha çox səslənir. Bu amillərin təsirinin əhəmiyyətli olması mümkündür. Bununla belə, Paşinyan hökumətinin son 8 ildə həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticələrini də nəzərdən qaçırmaq olmaz. Əvvəla, cəmiyyətdə əvvəlki 25 illə müqayisədə açıq korrupsiya hallarının daha az müşahidə olunduğu fikri geniş yayılıb. İkinci və daha mühüm məqam isə odur ki, hökumət büdcə imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vəsaitlərin istifadəsində səmərəliliyin yüksəldilməsinə diqqət yetirib. Həmçinin hər il...

Seçilmiş Videolar

Toplum TV loqo