Açıq mənbə
Ermənistanın keçmiş prezidenti və müxalifət lideri Robert Koçaryanın iyunun 15-də ölkədən çıxışına icazə verilmədiyi deyilir.
Bir gün öncə verdiyi məlumatda Koçaryan bildirirdi ki, şəxsi məqsədlərlə üç günlük səfərə hazırlaşır. Oğlu Levon Koçaryan mətbuata deyib ki, atası Rusiyaya səfər edəcəkmiş.
Koçaryanın sözçüsü Baqrat Mikoyan keçmiş prezidentin Zvartnots hava limanında ölkədən çıxışına icazə verilməməsi barədə xəbəri təsdiqləyib. O, qərarı "qanunsuz və əsassız" adlandırıb.
Koçaryan və rəsmilər bununla bağlı açıqlama verməyiblər.
Ermənistan baş naziri Nikol Paşinyan isə iyunun 14-də sosial media hesabında Koçaryanın adını çəkmədən müraciət edib.
“Çamadanlarınızı yığmağa tələsməyin. Ermənistandan qaçmaq fürsətinə sahib olmağı arzulayacaqsınız, amma o fürsəti əldə edə bilməyəcəksiniz", - o deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Toplum TV
Reuters
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”