DVIDS/arxiv
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 9-da Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiyə hücumlara cavab olaraq İrana aid beş neft tankerinə zərbə endirdiyini açıqlayıb.
CENTCOM-un məlumatına görə, son iki gündə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi gəmisinə iki dəfə ballistik raket atıb. Bildirilir ki, gəmi hücumlardan yayınıb, şəxsi heyət arasında xəsarət alan olmayıb.
Qurum Oman körfəzində “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerilərinin, Harp adası yaxınlığında isə “Derya” tankerinin məhv edildiyini bildirib.
ABŞ hərbçiləri bu tankerlərin SEPAH-ı və onun regiondakı tərəfdaşlarını maliyyələşdirən “kölgə şəbəkəsi”nin bir hissəsi olduğunu deyir.
“Radio Farda”nın məlumatına görə, SEPAH isə İordaniya və Bəhreyndəki hərbi bazalara raket zərbələri endirildiyini, iki hərbi gəmiyə və səkkiz tankerə hücum olunduğunu açıqlayıb. Qurum həmçinin Hörmüz boğazındakı “qadağan olunmuş və təhlükəli zona”dan keçməyə çalışan 10 tankerin hədəfə alındığını bildirib.
İordaniya Silahlı Qüvvələri İranın 20 ballistik raket atdığını, onlardan 18-nin zərərsizləşdirildiyini açıqlayıb. Digər iki raket isə insanların olmadığı açıq əraziyə düşüb.
ABŞ və İran atəşkəs və Hörmüz boğazının açılmasına dair qarşılıqlı anlaşma imzalasalar da, sonradan bir-birinə zərbələr endirməyə davam ediblər. Avqustun 20-də ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını elan edib. Tehran bunu “iqtisadi terrorizm” adlandırıb.
Tramp sentyabrın 1-də bildirib ki, İranı danışıqlara məcbur etməyə çalışmır. O, ABŞ-nin Hörmüz boğazına “demək olar ki, tam nəzarət etdiyini” və İran iqtisadiyyatının “tamamilə çökdüyünü” iddia edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Cəmil Həsənli: "Milyardlar xərclənmiş 70 rayonun bircəciyi yoxdur ki, öz xərcini özü ödəsin"
sosial media
Avropa Məhkəməsi keçmiş “Nardaran məhbusları” üçün 10 min avrodan çox təzminat kəsib
euneighbourseast.eu
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Hüquq müdafiəçisi: “SOCAR-da 50-60 yaşlı insanları ərizə yazdırıb işdən çıxarırlar”
Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?
Həyat yoldaşı: "Ələsgər Məmmədli iki gündür qida qəbul edə bilmir, boğulma halları davam edir"
Tbilisi-Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası